Rusiyanın Ankara səfiri Andrey Karlova sui-qəsdin ardından İran da buradakı təmsilçiliklərini bağlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə CNN informasiya verib. Xəbərə görə, İranın Ankara səfirliyi açıqlama yayaraq İstanbul, Erzurum ve Trabzon Baş konsulluqlarının 20 dekabrda qapalı olacağını bildirib. Xəbər Fars Xəbər Agentliyi tərəfindən də yayılıb.
Xatırladaq ki, dekabrın 19-da Rusiyanın Ankaradakı səfiri Andrey Karlov sərgi açılışında çıxış edərkən silahlı qəsdin qurbanı olub.