Ermənistan parlamentində iki qadın deputat arasında qarşıdurma baş verib.
Baki-xebe.com-un erməni mətbuatına istinadən xəbərinə görə, onlar “İrs” partiyasindan Zarui Postancya və hakim partiyanın təmsilçisi Karine Açemyan olub.
Zarui Postancyan deyib ki, xalq hakimiyyətdən narazıdır, bunun ən parlaq göstəricisi isə bir neçə ay öncə İrəvanın mərkəzində Polis İdarəsinə silahlı basqın və bu yaxınlarda Gümrü merliyinə “Çiçəklənən Ermənistan” partiyasındannamizəd Vardevan Qriqoryanın qətlə yetirilməsidir. Hakim partiyanın deputatı Karine Açemyan isə ona etiraz edərək bildirin ki, Qriqoryanın oğlu qətlə yetirilməyib, intihar edib. İki qadın deputat arasında söz atışması o həddə çatıb ki, sonda onların mikrofonu söndürülüb və üçüncü qadın – parlamentin vitse-spikeri Ermine Naqdalyan hakim partiya təmsilçisinin müdafiəsinə qalxaraq Postancyanı “özgə bədbəxtliyini siyasi məqsədlər üçün istifadə etməkdə” qınayıb.
Öz növbəsində, Karine Açemyan deyib ki, Postancyanın çıxışı silahlı üsyana çağırışdır.