ABŞ-ın Türkiyənin Adana şəhərindəki Baş Konsulluğu Amerika vətəndaşlrına terror xəbərdarlığı edib.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, bu barədə xəbərdarlıq diplomatik nümayəndəliyin saytında yerləşdirilib. Xəbərdarlıq mətnində deyilir ki, Konsulluq Adanadakı amerikan otellərinə yönəlik terakt təhlükəsi barədə “konkret və səhih məlumat” alıb.
Xatırladaq ki, ötən həftə ABŞ Dövlət Deartamenti Türkiyəyə səfər edən Amerika vətəndaşlarına növbəti dəfə terror xəbərdarlığı etmişdi. Eyni zamanda Departament Amerikanın Ankara və İstanbuldakı dipmissiyalarında işləyən vətəndaşlarının ailə üzvlərinin Türkiyə sərhədlərindən könüllü kənara çıxma müddətini uzatmaq barədə qərar qəbul etmişdi. Həmçinin bu tip qərar Adana və İzmirdəki dipkorpus əməkdaşlarının ailələri barədə də tətbiq olunmuş və onlar məcburi şəkildə evakuasiya edilmiş, bir müddət sonra isə geri qaytarılmışdı.