Suriya Ordusunun bombalanmasından əvvəl amerikan hərbçilərilə İŞİD arasında radioəlaqə...
Dəməşq Deyr-əz-Zora aviahücum öncəsi Amerika hərbçilərilə İŞİD arasında radioəlaqənin olması barədə əllərində material olması ilə bağlı açıqlama yayıb.
Baki-xeber.com-un ria.ru saytına istinadən xəbərinə görə, bu barədə Suriya Xalq şurasının sədri Hadiyə Abbas bəyan edib.
Xatırladaq ki, sentyabrın 17-də beynəlxalq “anti-İŞİD” koalisiyasının təyyarələri Deyr-əz-Zor aerodromunda İŞİD-in mühasirəsində olan Suriya Ordusuna 4 hava zərbəsi endirib. Nəticədə 83 nəfər həlak olub, 100 nəfər yaralanıb. Sonradan ABŞ HHQ-nin mərkəzi komandanlığı aviahücumun yanlışlıqla baş verdiyini açıqlayıb. Hadiyə Abbas Tehranda verdiyi açıqlamada bəyan edib ki, Deyr-əz-Zora hücüm öncəsi Suriya Ordusu amerikanlarla İŞİD arasında radio danışığını dinləyib. Onun sözlərinə görə, ABŞ qüvvələri İŞİD-i Suriya Ordusunun mövqelərini bombalamağa istiqamətləndirib. Hadiyə Abbasdan iqtibas gətirən “Əl-Məyadin” telekanalı deyilənlərlə bağlı Dəməşqin əlində sübutlar olduğunu bildirib.
Hadiyə Abbas bu barədə detalların daha sonra açıqlanacağını deyib.