Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi (referendum) ilə bağlı Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyində seçicilərin səsverməsi yekunlaşıb.
Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi 16 saylı Yasamal seçki dairəsinin tərkibində yaradılmış 33 saylı referendum məntəqəsi kimi fəaliyyət göstərib.
Bişkekdə yaşayan və işləyən, səsvermə hüququ və konsulluq qeydiyyatında olan vətəndaşlarımız, hətta Bişkekdə ezamiyyətdə olan vətəndaşlarımız da Səfirliyə gəlib referendumda iştirak ediblər.
Səfirlikdə keçirilən ümumxalq səsverməsində Qırğız Respublikasının Seçkilər və Referendumların Keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasının nümayəndəsi xanım Lyudmila Kutuyeva, beynəlxalq müşahidəçilər və Qırğızıstanın kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edib.
Baki-xeber.com