Cümə günü, 30 oktyabr 2026
     

Pa­ris­də "Azər­bay­can şə­hər­ci­yi" - azər­bay­can­çı­lıq təb­li­ğa­tın­da mü­hüm fe­no­men ki­mi...

Image


Mul­ti­kul­tu­ra­lizm ənə­nə­lə­ri­nin bər­qə­rar ol­du­ğu Azər­bay­can, onun mə­də­niy­yə­ti, mad­di-mə­nə­vi də­yər­lə­ri bey­nəl­xalq aləm­də bö­yük ma­raq do­ğu­rur. Bu gün Azər­bay­can mə­də­niy­yə­ti­nin, xalq mu­si­qi­si­nin, ədə­biy­ya­tı­nın, mad­di-mə­nə­vi də­yər­lə­ri­nin dün­ya­da təb­li­ği­ni Hey­dər Əli­yev Fon­du ol­duq­ca yük­sək sə­viy­yə­də hə­ya­ta ke­çi­rir.

Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti, mil­lət və­ki­li, UNES­CO və İSES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri, mə­də­niy­yə­ti­mi­zin yo­rul­maz təb­li­ğat­çı­sı və ha­mi­si Meh­ri­ban xa­nım Əli­ye­va xal­qı­mı­zın də­yər­lə­ri­nə bö­yük qay­ğı ilə ya­na­şır. Azər­bay­ca­nın bey­nəl­xalq mə­də­ni əla­qə­lə­ri­nin qu­rul­ma­sın­da müs­təs­na rol oy­na­yan Meh­ri­ban Əli­ye­va dün­ya­nın hər ye­rin­də Azər­bay­can­da­kı to­le­rant mü­hit, mul­ti­kul­tu­ral ab-ha­va haq­qın­da da­nı­şır, əya­ni nü­mu­nə­lər təq­dim edir. Bi­li­rik ki, son il­lər Hey­dər Əli­yev Fon­du tə­rə­fin­dən dün­ya­nın ay­rı-ay­rı nöq­tə­lə­rin­də Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya­ya çat­dı­rıl­ma­sı hə­rə­ka­tı hə­ya­ta ke­çi­ri­lir. Bun­dan baş­qa, müx­tə­lif öl­kə­lər­də "Azər­bay­can gün­lə­ri" ke­çi­ri­lir, bu təd­bir­lər çər­çi­və­sin­də sər­gi­lər təş­kil edi­lir, Azər­bay­can haq­qın­da bil­gi­lər pay­la­şı­lır.   

Sentyab­rın 19-da Pa­ris­də "Azər­bay­can şə­hər­ci­yi"nin rəs­mi açı­lı­şı ol­du. Hey­dər Əli­yev Fon­du­nun təş­ki­lat­çı­lı­ğı ilə  "Azər­bay­can şə­hər­ci­yi"nin rəs­mi açı­lış mə­ra­si­min­də Azər­bay­ca­nın bi­rin­ci xa­nı­mı, Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti Meh­ri­ban Əli­ye­va iş­ti­rak edib.

Mə­lu­mat­la­ra gö­rə, Fran­sa­nın pay­tax­tı Pa­ris­də, Ey­fel qül­lə­si­nin ya­nın­da­kı Jofr mey­da­nın­da təş­kil olu­nan "Azər­bay­can şə­hər­ci­yi"nin rəs­mi açı­lış mə­ra­si­mi­nə, həm­çi­nin, Fran­sa­nın ta­nın­mış ic­ti­mai-si­ya­si xa­dim­lə­ri qa­tı­lıb.

Təd­bi­rin apa­rı­cı­sı "Azər­bay­can şə­hər­ci­yi"nin bö­yük ma­raq­la qar­şı­lan­dı­ğı­nı bil­di­rib.

Onu da vur­ğu­la­yaq ki, "Azər­bay­can şə­hər­ci­yi"nin açıl­dı­ğı Pa­ri­sin 7-ci ra­yo­nu­nun me­ri Ra­şi­da Da­ti mə­ra­sim­də çı­xış edib. Mer bu şə­hər­ci­yin məhz onun rəh­bər­lik et­di­yi ra­yon­da açıl­ma­sın­dan məm­nun­lu­ğu­nu bil­di­rib.

Qeyd edi­lən­lə­rə gö­rə, bu şə­hər­cik va­si­tə­si­lə fran­sız­la­rın öl­kə­miz haq­qın­da da­ha çox mə­lu­mat əl­də edə­cə­yi­nə ümid­var ol­du­ğu­nu de­yən Ra­şi­da Da­ti Azər­bay­ca­nın mö­tə­bər bey­nəl­xalq təd­bir­lə­rə ev sa­hib­li­yi et­mə­sin­dən, öl­kə­lə­ri­miz ara­sın­da­kı mü­na­si­bət­lə­rin in­ki­şa­fı­na Hey­dər Əli­yev Fon­du­nun töh­fə­sin­dən, Azər­bay­ca­nın qə­dim ta­ri­xə ma­lik mü­a­sir öl­kə ol­ma­sın­dan da­nı­şıb.

Öl­kə­mi­zin bi­rin­ci xa­nı­mı Meh­ri­ban Əli­ye­va mə­ra­sim­də çı­xış edib. Pa­ri­sin rəm­zi­nə çev­ril­miş Ey­fel qül­lə­si­nin ya­nın­da yer­lə­şən Jofr mey­da­nın­da "Azər­bay­can şə­hər­ci­yi"nin açı­lı­şın­da iş­ti­rak­çı­la­rı, qo­naq­la­rı sa­lam­la­yan bi­rin­ci xa­nım ge­cə­yə top­la­şan­la­ra tə­şək­kür edib: "...Ar­tıq üç il­dir ki, Pa­ris­də bu la­yi­hə uğur­la hə­ya­ta ke­çi­ri­lir və öl­kə­lə­ri­miz ara­sın­da möv­cud dostluq əla­qə­lə­ri­nin möh­kəm­lən­mə­si­nə və xalqla­rı­mı­zın bir-bi­ri­ni da­ha dol­ğun ta­nı­ma­sı­na xid­mət edir. Pa­ri­sin 6-cı və 1-ci ra­yon­la­rın­dan son­ra "Azər­bay­can şə­hər­ci­yi" Fran­sa pay­tax­tı­nın ən gö­zəl ra­yon­la­rın­dan bi­ri olan 7-ci ra­yon­da qo­naq­la­ra öz qa­pı­sı­nı açır.

Mən şə­hər­ci­yin ha­zır­lan­ma­sın­da və hə­ya­ta ke­çi­ril­mə­sin­də əmə­yi olan hər bir in­sa­na, xü­su­si­lə də Pa­ri­sin 7-ci ra­yo­nu­nun me­ri, bi­zim əziz dos­tu­muz Ra­şi­da xa­nım Da­ti­yə və me­ri­ya­nın bü­tün əmək­daş­la­rı­na də­rin min­nət­dar­lı­ğı­mı bil­di­ri­rəm. Onu da qeyd et­mək is­tər­dim ki, 5 il bun­dan əv­vəl, hə­lə 2011-ci il­də Hey­dər Əli­yev Fon­du Fran­sa­da öz fə­a­liy­yə­ti­nə baş­la­yan­da və Azər­bay­ca­na da­ir təd­bir­lər ke­çi­rən­də məhz Ra­şi­da xa­nı­mın tə­şəb­bü­sü ilə bi­zim ilk təd­bir­lə­ri­miz­dən bi­ri - həm sər­gi, həm kon­sert məhz Pa­ri­sin 7-ci ra­yo­nu­nun me­ri­ya­sın­da ke­çi­ril­miş­di. Bu əmək­daş­lı­ğa gö­rə xa­nım Da­ti si­zə də­rin min­nət­dar­lı­ğı­mı bil­di­ri­rəm və ümid­va­ram ki, bu gün açı­lan "Azər­bay­can şə­hər­ci­yi" ye­nə də bu­ra gə­lən qo­naq­lar tə­rə­fin­dən bö­yük ma­raq­la qar­şı­la­na­caq və öl­kə­miz haq­qın­da mə­lu­mat al­maq üçün gö­zəl bir für­sə­tə çev­ri­lə­cək.

Əziz dostlar, Azər­bay­can müs­tə­qil­li­yi­ni bər­pa et­mə­si­nin 25 il­li­yi­ni bu il qeyd edir. Bu il­lər ər­zin­də Azər­bay­can bir çox na­i­liy­yət­lə­rə im­za atıb. Bu gün Azər­bay­can re­gi­o­nun apa­rı­cı döv­lə­ti­dir. Cə­nu­bi Qaf­qaz­da hə­ya­ta ke­çi­ri­lən bü­tün iri­miq­yas­lı la­yi­hə­lər Azər­bay­ca­nın iş­ti­ra­kı ilə, çox za­man Azər­bay­ca­nın tə­şəb­bü­sü ilə hə­ya­ta ke­çi­ri­lir. Bu gün Azər­bay­can­da bü­tün sa­hə­lər­də sü­rət­li in­ki­şaf ge­dir. Biz tə­bii sər­vət­lə­ri­mi­zə, im­kan­la­rı­mı­za və ən əsa­sı isə xal­qı­mı­za ar­xa­la­na­raq bu na­i­liy­yət­lə­ri əl­də edi­rik və irə­li ge­di­rik.

Əsrlər bo­yu Azər­bay­can­da müx­tə­lif din­lə­rin, mil­lət­lə­rin və mə­də­niy­yət­lə­rin nü­ma­yən­də­lə­ri sülh şə­ra­i­tin­də bir ai­lə ki­mi ya­şa­yıb. Bu gün də bu ənə­nə­lər qo­ru­nub sax­la­nır. Bu gün Azər­bay­can dö­züm­lü­lük və to­le­rantlıq mə­ka­nı ki­mi dün­ya­da ta­nı­nıb. Biz ta­ri­xi­mi­zə, di­ni­mi­zə, mə­də­niy­yə­ti­mi­zə bö­yük hör­mət bəs­lə­yə­rək dün­ya mə­də­niy­yə­ti müx­tə­lif­li­yi­nə və dün­ya­nın di­gər din­lə­ri­nə və mə­də­niy­yət­lə­ri­nə bö­yük hör­mət­lə ya­na­şı­rıq. Məhz qar­şı­lıq­lı hör­mət, dö­züm­lü­lük, to­le­rantlıq prin­sip­lə­ri­nə əsas­la­na­raq bə­şə­riy­yət bu gün üz­ləş­di­yi kse­no­fo­bi­ya, ay­rı­seç­ki­lik, ra­di­ka­lizm və ter­ro­rizm ki­mi dəh­şət­li bə­la­la­ra qar­şı mü­ba­ri­zə apa­ra bi­lər.

Mən bu für­sət­dən is­ti­fa­də edə­rək bu sə­hər Fran­sa pre­zi­den­ti­nin iş­ti­ra­kı ilə ke­çi­ri­lən və ter­ror qur­ban­la­rı­nın xa­ti­rə­si­nə həsr olun­muş mə­ra­si­mə eh­ti­ra­mı­mı bil­di­ri­rəm və bir da­ha öz adım­dan və hər bir azər­bay­can­lı­nın adın­dan Fran­sa xal­qı­na və ter­ror qur­ban­la­rı­nın ya­xın­la­rı­na də­rin hüznlə baş­sağ­lı­ğı ve­ri­rəm. Ter­ro­riz­min nə di­ni, nə mil­lə­ti var və bu bə­la­nı hə­ya­tı­mız­dan qal­dır­maq üçün biz gə­rək bir­lik nü­ma­yiş et­di­rək".

Bi­rin­ci xa­nım vur­ğu­la­yıb ki, sü­rət­lə in­ki­şaf edən öl­kə­miz bu gün Fran­sa-Azər­bay­can əmək­daş­lı­ğı­na bö­yük əhə­miy­yət ve­rir: "Mən çox şa­dam ki, öl­kə­lə­ri­miz ara­sın­da bü­tün sa­hə­lər­də əla­qə­lər di­na­mik şə­kil­də in­ki­şaf edir. Həm döv­lət, həm qey­ri-döv­lət qu­rum­la­rı, ic­ti­mai qu­rum­lar ara­sın­da əla­qə­lər qu­ru­lur və iki­tə­rəf­li mü­na­si­bət­lər möh­kəm­lə­nir. O qeyd edib ki, tək­cə son 5 il ər­zin­də Fran­sa­nın və Azər­bay­ca­nın müx­tə­lif şə­hər­lə­ri, re­gi­on­la­rı ara­sın­da 13 qar­daş­laş­ma sa­zi­şi im­za­la­nıb. Bu pro­ses nə­ti­cə­sin­də re­gi­on­lar ara­sın­da həm mə­də­ni, həm iq­ti­sa­di əla­qə­lər qu­ru­lur. Azər­bay­can­da 50-dən çox fran­sız şir­kə­ti fə­a­liy­yət gös­tə­rir. Azər­bay­can Fran­sa­nın Cə­nu­bi Qaf­qaz­da ən bö­yük ti­ca­rət tə­rəf­da­şı ki­mi qa­lır. Azər­bay­ca­nın ən ağır prob­le­mi olan Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­lin­də də Fran­sa fə­al iş­ti­rak edir. Azər­bay­can xal­qı bu­nu çox yük­sək qiy­mət­lən­di­rir. Ümid­va­ram ki, gə­lə­cək­də də Fran­sa mü­na­qi­şə­nin bey­nəl­xalq hü­quq nor­ma­la­rı çər­çi­və­sin­də, sülh və əda­lət yo­lu ilə həl­lin­də öz səy­lə­ri­ni gös­tə­rə­cək, Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nün bər­pa olun­ma­sı­nı, su­ve­ren­li­yi­ni dəs­tək­lə­mək­də da­vam edə­cək.

Əziz dostlar, mən çox se­vi­ni­rəm ki, öl­kə­lə­ri­miz ara­sın­da hu­ma­ni­tar sa­hə­də əmək­daş­lıq ta­ma­mi­lə ye­ni bir sə­viy­yə­yə qal­dı­rı­lıb. Yüz­lər­lə azər­bay­can­lı tə­lə­bə Fran­sa­nın ali mək­təb­lə­rin­də təh­sil alır. Fran­sa­nın Döv­lət Şərq Dil­lə­ri və Mə­də­niy­yət­lə­ri Uni­ver­si­te­tin­də Azər­bay­can di­li fa­kül­tə­si fə­a­liy­yət gös­tə­rir. Mü­luz şə­hə­ri­nin Yu­xa­rı Al­zas Uni­ver­si­te­tin­də Ni­za­mi Gən­cə­vi adı­na Azər­bay­can­şü­nas­lıq ka­fed­ra­sı açı­lıb.

Tə­mə­li Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev və Fran­sa pre­zi­den­ti Fran­sua Ol­land tə­rə­fin­dən qo­yul­muş Fran­sız Li­se­yi bu gün ar­tıq Ba­kı­da ən qa­baq­cıl təh­sil ocaq­la­rın­dan bi­ri­nə çev­ri­lib. Çox şa­dam ki, bu ilin sentyab­rın­da Ba­kı­da Azər­bay­can-Fran­sız Uni­ver­si­te­ti fə­a­liy­yə­tə baş­la­yıb.

Mən əmi­nəm ki, hu­ma­ni­tar sa­hə­də, mə­də­niy­yət sa­hə­sin­də əla­qə­lər bi­zim xalqla­rı­mı­zı bir-bi­ri­nə da­ha ya­xın edir, da­ha yax­şı ta­nı­dır və Fran­sa-Azər­bay­can əmək­daş­lı­ğı­nın, Fran­sa-Azər­bay­can mü­na­si­bət­lə­ri­nin güc­lən­mə­si­nə xid­mət edir. Məhz ona gö­rə biz be­lə la­yi­hə­lə­ri Fran­sa­da hə­ya­ta ke­çir­mə­yə ça­lı­şı­rıq ki, öl­kə­mi­zi ta­nı­daq. Mən bir da­ha bu iş­də bi­zə dəs­tək olan hər bir in­sa­na də­rin min­nət­dar­lı­ğı­mı bil­di­ri­rəm".

Pa­ris­də "Azər­bay­can şə­hər­ci­yi"nin açıl­ma­sı­nı yük­sək qiy­mət­lən­di­rən elm və mə­də­niy­yət xa­dim­lə­ri vur­ğu­la­yır ki, bu ha­di­sə azər­bay­can­çı­lı­ğın, ey­ni za­man­da da öl­kə­miz­də hökm sü­rən to­le­rantlıq və mul­ti­kul­tu­ral dü­şün­cə­nin Av­ro­pa ça­pın­da bir da­ha təb­liğ edil­mə­si­dir.

Ta­nın­mış qə­ləm ada­mı, fi­lo­lo­gi­ya üz­rə fəl­sə­fə dok­to­ru Qiy­mət Mə­hər­rəm­li bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, "Azər­bay­can şə­hər­ci­yi"nin açıl­ma­sı mə­də­niy­yə­ti­mi­zin, dün­ya­gö­rüş və cə­miy­yə­ti­mi­zin dün­ya­da təq­dim edil­mə­si­dir. Hey­dər Əli­yev Fon­du­nun rəh­bə­ri Meh­ri­ban Əli­ye­va­nın gör­dü­yü iş­lə­rə bö­yük də­yər ve­rən alim qeyd et­di ki, "Azər­bay­can şə­hər­ci­yi" Pa­ris sa­kin­lə­ri üçün ol­duq­ca ma­raq­lı bir yer ola­caq. "Ya­zı­lan­lar­dan mə­lum­dur ki, şə­hər­cik­də təş­kil olu­nan xalq sə­nət­kar­lıq ema­lat­xa­na­la­rın­da xal­ça­çı­lıq, mis­gər­lik və şə­bə­kə, tax­ta üzə­rin­də oy­ma, du­lus­çu­luq, kə­la­ğa­yı və di­gər sə­nət nü­mu­nə­lə­ri­nin ya­ra­dıl­ma­sı pro­se­si ilə ya­xın­dan ta­nış ol­maq müm­kün­dür. Bu, Azər­bay­ca­nın qə­dim xalq sə­nət­lə­ri­nin təb­li­ğa­tı de­mək­dir. Onu da vur­ğu­la­yım ki, bu sə­nət növ­lə­ri­nin hər bi­ri ha­zır­da res­pub­li­ka­mı­zın müx­tə­lif böl­gə­lə­rin­də ya­şa­dı­lır. Xal­qı­mı­za xas olan ənə­nə­vi xalq sə­nə­ti növ­lə­ri­nin ta­nı­dıl­ma­sı həm də o de­mək­dir ki, mən­fur düş­mən­lə­ri­miz on­la­ra da id­dia edə bil­mə­sin. Bil­di­yim qə­dər şə­hər­cik­də da­ha bir ye­ni­lik isə "Uşaq zo­na­sı"dır. Kuk­la te­at­rı, ema­lat­xa­na və is­ti­ra­hət zo­na­sın­dan iba­rət his­sə­də xalq na­ğıl­la­rı əsa­sın­da kuk­la­lar­la qu­rul­muş səh­nə­cik­lər gös­tə­ri­lir. Mu­zey böl­mə­sin­də "Qaf­qa­zın mir­va­ri­si olan Azər­bay­ca­nın mə­də­ni də­yər­lə­ri" la­yi­hə­si çər­çi­və­sin­də öl­kə­mi­zin qə­dim və zən­gin ta­ri­xi­nə, mə­də­niy­yə­ti­nə da­ir ekspo­nat­lar, o cüm­lə­dən mis­gər­lik mə­mu­lat­la­rı, mil­li ge­yim­lər, mu­si­qi alət­lə­ri, xal­ça­la­rı­mız və di­gər sə­nət nü­mu­nə­lə­ri sər­gi­lə­nir".

Ədə­biy­yat­şü­nas alim bil­dir­di ki, bu mə­də­niy­yət sər­gi­si pa­ris­li­lə­rə bö­yük mə­lu­mat ve­rir. Alim he­sab edir ki, Hey­dər Əli­yev Fon­du­nun hə­ya­ta ke­çir­di­yi bey­nəl­xalq mə­də­niy­yət la­yi­hə­lə­ri­nin hər bi­ri azər­bay­can­çı­lı­ğın təb­li­ği ilə bağ­lı­dır.

AZƏR­TAC-ın mə­lu­ma­tı­na gö­rə, "Azər­bay­can şə­hər­ci­yi"ndə "İçə­ri­şə­hər Ənə­nə­vi İn­cə­sə­nət Mər­kə­zi" böl­mə­sin­də Mər­kə­zin ye­tir­mə­lə­ri tə­rə­fin­dən ya­ra­dıl­mış əsər­lər - ba­ti­ka, ke­ra­mi­ka, zər­gər­lik və tax­ta üzə­rin­də oy­ma nü­ma­yiş olu­nur.

Mə­lu­mat­la­ra gö­rə, bun­dan baş­qa, şə­hər­ci­yin ki­tab­xa­na zo­na­sın­da Hey­dər Əli­yev Fon­du­nun öl­kə­miz, o cüm­lə­dən xal­qı­mı­zın mil­li-mə­nə­vi də­yər­lə­ri, mə­də­niy­yə­ti, in­cə­sə­nə­ti, ta­ri­xi, Azər­bay­can hə­qi­qət­lə­ri ba­rə­də ge­niş və dol­ğun mə­lu­mat­la­rın əks olun­du­ğu müx­tə­lif nəşrlə­ri nü­ma­yiş et­di­ri­lir və qo­naq­la­ra hə­diy­yə olu­nur.

AZƏR­TAC xə­bər ve­rir ki, şə­hər­ci­yin sər­gi böl­mə­sin­də "Par­ti­za­nın izi ilə" sər­gi­si İkin­ci Dün­ya Mü­ha­ri­bə­si­nin iş­ti­rak­çı­sı, Fran­sa Mü­qa­vi­mət Hə­rə­ka­tı­nın gör­kəm­li nü­ma­yən­də­si Əh­mə­diy­yə Cəb­ra­yı­lo­va həsr olu­nub.

"Bir gü­nəş al­tın­da" la­yi­hə­si çər­çi­və­sin­də açı­lan sər­gi­də isə Azər­bay­can­da mul­ti­kul­tu­ra­liz­mə və to­le­rantlı­ğa həsr olu­nan fo­to­lar, elə­cə də ey­ni­ad­lı film nü­ma­yiş olu­nur. Sər­gi­də­ki fo­to­lar və film Azər­bay­ca­nın müx­tə­lif gu­şə­lə­rin­də çə­ki­lib və bu­ra­da 20 az­say­lı xal­qın ta­ri­xi, mə­də­niy­yə­ti və adət-ənə­nə­lə­ri təq­dim edi­lir.

Mə­lu­mat­la­ra gö­rə, la­yi­hə çər­çi­və­sin­də "Gən­cə və Qə­bə­lə: iki şə­hər fran­sız fo­toq­raf­la­rın gö­zü ilə" sər­gi­sin­də fran­sız fo­toq­raf­lar Sa­mu­el Qra­ta­ka və Jan-Fran­sua Roz­ye­nin hər iki şə­hə­rin mən­zə­rə­lə­ri­ni, abi­də­lə­ri­ni, gün­də­lik hə­ya­tı­nı əks et­di­rən fo­to­la­rı təq­dim olu­nur. Fran­sız fo­toq­raf­lar Gən­cə və Qə­bə­lə­də Azər­bay­can tə­bi­ə­ti­nin gö­zəl­lik­lə­ri, özü­nə­məx­sus mə­də­niy­yət və adət-ənə­nə­lə­ri­ni fo­to­ka­me­ra­la­rı­nın yad­da­şı­na həkk edib.

Mə­lu­mat­la­ra gö­rə, şə­hər­cik­də ilk də­fə ola­raq həm də "Tu­rizm Mər­kə­zi" la­yi­hə­si təq­dim olu­nur. Bu­ra­da Azər­bay­ca­nın tu­rizm böl­gə­lə­ri və marşrut­la­rı ba­rə­də ət­raf­lı mə­lu­mat ve­ri­lir.

AZƏR­TAC-ın mə­lu­ma­tı­na gö­rə, təd­bir çər­çi­və­sin­də Hey­dər Əli­yev Fon­du­nun da­ha bir ye­ni nəş­ri - "Azər­bay­can mət­bəx mə­də­niy­yə­ti" ad­lı ki­ta­bı­nın təq­di­ma­tı da olub. Nəşrdə xal­qı­mı­zın zən­gin mət­bəx mə­də­niy­yə­ti ba­rə­də ət­raf­lı mə­lu­mat ve­ri­lir. Bu də­fə "Azər­bay­can şə­hər­ci­yi"ndə ilk də­fə ola­raq "Qız qa­la­sı" bey­nəl­xalq in­cə­sə­nət fes­ti­va­lı da təş­kil olu­nub. Fes­ti­val 2013-cü il­də Kann şə­hə­rin­dən son­ra ikin­ci də­fə­dir ki, Azər­bay­can­dan kə­nar­da ke­çi­ri­lir. Bu də­fə 4 fran­sız və 2 azər­bay­can­lı rəs­sa­mın əl işi olan "Qız qa­la­sı" ma­ket­lə­ri sər­gi­lə­nir. Şə­hər­cik­də qo­naq­la­ra Azər­bay­ca­nın ilk rəs­mi hə­diy­yə və su­ve­nir bren­di olan "I Lo­ve Ba­ku" sten­di də təq­dim edi­lir. Bu­ra­da, həm­çi­nin, Fran­sa­da Azər­bay­ca­nın Dostla­rı As­so­si­a­si­ya­sı da təq­dim olu­nur. Azər­bay­ca­nın bi­rin­ci xa­nı­mı Meh­ri­ban Əli­ye­va As­so­si­a­si­ya­nın xa­ti­rə ki­ta­bı­na ürək söz­lə­ri­ni ya­zıb.

Qeyd edək ki, 2014-cü il­dən eti­ba­rən ar­tıq üçün­cü il­dir re­al­laş­dı­rı­lan bu la­yi­hə Fran­sa sa­kin­lə­ri və tu­ristlər ara­sın­da bö­yük ma­raq do­ğur­du­ğun­dan, bu də­fə "Azər­bay­can şə­hər­ci­yi"nin kon­sep­si­ya­sı ge­niş­lən­di­ri­lib. Sentyab­rın 17-dən fə­a­liy­yə­tə baş­la­yan "Azər­bay­can şə­hər­ci­yi" sentyab­rın 25-dək da­vam edə­cək.

Azər­bay­can və Fran­sa ara­sın­da­kı si­ya­si, mə­də­ni əla­qə­lə­rin kö­kü çox də­rin­dir. Ar­tıq uzun il­lər­dir Fran­sa­nın müx­tə­lif şə­hər­lə­rin­də Azər­bay­can mə­də­niy­yə­ti­nin nü­mu­nə­lə­ri, mə­də­ni də­yər­lə­ri­miz təq­dim edi­lir. Əl­bət­tə, Azər­bay­can to­le­rant, mul­ti­kul­tu­ral bir döv­lət­dir və bu­ra­dan dün­ya­ya sülh, ba­rış, bir­lik-bə­ra­bər­lik me­saj­la­rı ötü­rü­lür. Bu me­saj­la­rın bey­nəl­xalq aləm­də səs­lən­di­ril­mə­sin­də Hey­dər Əli­yev Fon­du müs­təs­na rol oy­na­yır. Bu, Fon­dun xal­qı­mı­za, döv­lə­ti­mi­zə, onun bey­nəl­xalq aləm­də sə­si­nin eşi­dil­mə­si­nə ver­di­yi bir töh­fə­dir.

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ