Bazar ertəsi günü, 08 dekabr 2025
     

AXCP və Müsavat siyasi səhnədən silinib, hüquqi ləğvetmə qaçılmaz oldu... İctimai reaksiyalar da var...

Image

Bəhruz Quliyev: "Bu tip radikal və dağıdıcı qrupların fəaliyyətinə xitam verilməsi tamamilə məntiqlidir"

Azər Həsrət: "İstənilən halda bu qüvvələrə cəmiyyət sahib çıxmayacaq"

Məlum olduğu kimi, Azərbaycanda başqa siyasi mühit var. Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsindən sonra demək olar bütün siyasi partiyalar kursu dəyişiblər. Faktiki olaraq hakimiyyəti dəstəkləyən siyasi partiyaların sayı maksimum artıb. Uzun illər radikal düşərgənin ərazilərimizin 20 faizinin işğal altında qalması amilindən bir alət kimi istifadə etmək rıçaqı 5 ildir ortadan qalxıb. Hansı ki, bununla cəmiyyəti manipulyasiya etmək istəyirdilər. Artıq cəmiyyət və sadə insanlar da siyasətdə inkarşı, radikal qüvvələrə heç bir dəstək vermir. Hətta cəmiyyət Müsavat və AXCP kimi radikal qüvvələrin davranışlarından qorxur. Onların keçmiş yarıtmaz iqtidar fəaliyyətləri də unudulmayıb. Bundam başqa, bəzi qonşu ölkələrdə də radikal partiyaların fəaliyyətinin dayandırılması üçün hüquq müstəvidə addımlar atılmağa başlanılıb Məsələn, Gürcüstan artıq Saakavilinin partiyası ilə bağlı bu siyasətə başlayıb. AXCP və Müsavat on illərdir ki, ölkədə bələdiyyə, parlament, prezident seçkilərinə qatılmır, ölkənin seçki sistemində heç bir formada iştirak etmirlər. Hər vasitə ilə bunu gözdən salmağa çalışırlar. Üstəlik, bu radikallar ölkənin konstruktiv və dinc demokratik siyasət aparan partiyalarını daim şantaj edir. Özlərinin trol qruplarının əli ilə sosial platformalarda onları linc efir, təhqir edir və s. Maraqlıdır, bu iki radikal partiyanın fəaliyyətinin hüquqi olaraq dayandırılması yönümündə addımlar atıla bilərmi və atılsa cəmiyyət buna necə reaksiya verəcək?

Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən "SƏS" Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev prinsipcə bunu istisna etmədi: "Azərbaycanda siyasi mühit 44 günlük Vətən müharibəsindən sonra köklü şəkildə dəyişib. Qələbə ilə nəticələnən bu müharibə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli ideoloji birliyin formalaşması baxımından dönüş nöqtəsi oldu. Artıq ölkədə "hakimiyyətə qarşı olmaq üçün müxalifətdə olmaq" dövrü başa çatıb. Cəmiyyət bu gün milli maraqları, dövlətçiliyi və sabitliyi ön planda tutan, konstruktiv fəaliyyət göstərən siyasi qüvvələri dəstəkləyir. Uzun illər radikal düşərgə, xüsusilə, AXCP və Müsavat kimi qruplar, torpaqlarımızın 20 faizinin işğal altında qalması faktından siyasi alət kimi istifadə edir, bu ağrılı məsələdən manipulyativ şəkildə yararlanırdılar. Onlar cəmiyyətin ağrılarını istismar edir, bu yolla siyasi təsir imkanlarını qorumağa çalışırdılar. Amma Vətən müharibəsindən sonra bu rıçaq tamamilə sıradan çıxıb. Bu gün xalq yaxşı bilir ki, radikal ünsürlər nəinki dövlətə, heç xalqa da fayda gətirmir. Əksinə, belə destruktiv yanaşmalar ölkənin inkişafına, ictimai sabitliyə və milli həmrəyliyə zərbə vurur. Bir faktı da xatırladım ki, AXCP və Müsavat artıq uzun illərdir ki, ölkədə keçirilən seçkilərdə istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində iştirakdan imtina edirlər. Onlar seçki prosesini gözdən salmaq, ölkənin siyasi sisteminə qarşı inamsızlıq yaratmaqla məşğuldurlar. Əslində, bu partiyalar müxalifət yox, destruktiv narazılıq mərkəzinə çevrilib, anti-Azərbaycan fəaliyyət göstərirlər. Sosial şəbəkələrdə yaratdıqları "trol qrupları" vasitəsilə cəmiyyətə nifrət, təhqir və qarşıdurma püskürdür, konstruktiv düşüncəli siyasi qüvvələri ləkələməyə çalışırlar. Bu, artıq siyasi fəaliyyət deyil, sosial xaosun təbliğatıdır. Belə bir şəraitdə, bu tip radikal və dağıdıcı qrupların hüquqi müstəvidə fəaliyyətinə yenidən baxılması və fəaliyyətinə xitam verilməsi tamamilə məntiqlidir. Necə ki, bu gün bir çox demokratik ölkələr, o cümlədən Gürcüstan, cəmiyyət üçün təhdidə çevrilən destruktiv partiyalara qarşı hüquqi addımlar atır. Dövlətin və xalqın təhlükəsizliyini, sabitliyini qorumaq hər bir demokratik dövlətin borcudur. Əgər bu cür radikal partiyaların fəaliyyətinin dayandırılması məsələsi gündəmə gətirilsə, cəmiyyətin əksəriyyəti bunu anlayışla qarşılayacaq. Çünki Azərbaycan vətəndaşı bu gün sabitlik, inkişaf və dövlətçiliyin qorunmasını hər şeydən üstün tutur. Xalq artıq çoxdan fərqləndirir ki, kim dövlətin yanındadır, kim isə ölkənin gələcəyinə mane olur. Bu mənada, siyasi sistemdə real təsir gücü olmayan, ancaq cəmiyyəti çaşdırmağa və qarşıdurma yaratmağa çalışan qrupların fəaliyyəti sadəcə mənasız deyil, eyni zamanda təhlükəlidir. Onların hüquqi yolla ləğvi təkcə siyasi sabitliyin qorunması deyil, həm də milli birliyin möhkəmləndirilməsi baxımından vacib addım olardı".

Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrətin fikrincə, siyasi mövqeyindən asılı olmayaraq hər kəs Azərbaycanın bu möhtəşəm qələbəsini öz qələbəsi kimi qəbul etməli və ona uyğun da davranmalıdır: "Təəssüflər olsun ki, bir kəsim var və oradan olan insanlar illərdir həsrətində olduğumuz o torpaqlara səfər belə etmək istəmirlər. Yəni bunlar Azərbaycanın öz canı, qanı bahasına azad etdiyi torpaqlara səfər belə etmək istəmirlər. Doğurdanmı bunlar onlar o ərazilərin həsrətini çəkməyiblər, doğurdanmı onlar üçün həmin ərazilər əziz deyil? Əli Kərimli olsun, İsa Qəmbər, Arif Hacılı olsun. Bunlar belədir. Üstə gəl Ramiz Mehdiyev olsun. Bunlar qələbəmizi həzm edə bilmirlər. Hesab edirəm ki, bunlara qarşı ümumi ictimai qınaq olmalıdır. Onların oraya getmək istəməməsinin hər hansı izahı yoxdur. Olada bilməz. Bundan başqa, Azərbaycanın bu cür möhtəşəm qələbəsini o adamlar əslində bütün dünyada təbliğ etməlidilər. Əfsuslar olsun ki, biz bunu görmürük. Ancaq Azərbaycana qara yaxmaqla məşğuldular. Ona görə də siyasi kəsim bunlara öz reaksiyasını verməlidir. İstənilən halda bu qüvvələrə cəmiyyət sahib çıxmayacaq". Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qərbi azərbaycanlıların qayıdışı üçün səylər sürətləndirildi...

Azərbaycan, Türkiyə, ABŞ və Pakistan birgə hərbi təlimdə - Ermənistan niyə vahimələnib...

Azərbaycan-Britaniya hərbi-siyasi əməkdaşlığı rəsmən başladıldı...

SON XƏBƏRLƏR

08.12.2025 / 12:04
"General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi" - ABŞ səfirliyi

08.12.2025 / 11:57
"Şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi qədər böyük gözləntilər qoyurlar" – Nazir

08.12.2025 / 11:35
Prezident Tofiq Bakıxanovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi

08.12.2025 / 11:28
Prezident İlham Əliyev Abbas Əraqçini qəbul etdi - FOTO

08.12.2025 / 11:07
"Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb" - Şahmar Mövsümov

08.12.2025 / 10:46
3 ildə 1 ton 900 kq, 11 ayda 1 ton 600 kq - Komitəsinin narkotiklərlə bağlı rəqəmlər açıqladı...

08.12.2025 / 10:06
İki gün öncə itkin düşmüşdü, meyiti kanaldan tapıldı...

08.12.2025 / 10:01
"Əhalini təşvişə düşməməyə çağırırıq" - Müdafiə Nazirliyindən AÇIQLAMA

08.12.2025 / 09:20
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

08.12.2025 / 09:15
Bu gündən pullarınızı alacaqsınız - pensiyaçılara ŞAD XƏBƏR

08.12.2025 / 09:02
ABŞ 30-dan çox ölkənin vətəndaşlarına giriş qadağası qoyacaq

08.12.2025 / 08:41
Masazırda "BMW" yanıb, bir nəfər ölüb

07.12.2025 / 20:53
Suriyadan İsrailə "qırmızı xətt" xəbərdarlığı - bunsuz razılaşma mümkün deyil...

07.12.2025 / 20:20
Çernobılda təhlükəli vəziyyət - radiasiya sızmasına qarşı mühafizə qalxanı vuruldu…

07.12.2025 / 20:07
Abbas Araqçi Bakıya gəldi...

07.12.2025 / 18:44
HƏMAS şərtlərini açıqladı - bu halda silahlarımızı yerə qoymağa hazırıq…

07.12.2025 / 17:51
Trampın Ukrayna sülh planı iki məsələdə dalana dirəndi – Donetskin statusu və Zaporojye AES...

07.12.2025 / 17:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər - FOTO

07.12.2025 / 16:38
Orban Avropa Birliyinin Rusiya ilə müharibəyə hazırlaşdığını iddia etdi - 2030-cu ilə qədər…

07.12.2025 / 14:23
"Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb" - Prezident

07.12.2025 / 13:53
Avtoyuma məntəqəsi və un məmulatı sexindən oğurluq edən şəxslər saxlandı

07.12.2025 / 13:27
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib - FOTO

07.12.2025 / 13:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

07.12.2025 / 12:45
Mingəçevirdə körpəsini binanın zirzəmisinə atan "ana" saxlandı

07.12.2025 / 12:30
Ukrayna ordusu Dnepropetrovskda bir kəndi ruslardan azad etdi

07.12.2025 / 12:17
"Xalqlarımızı sülhə hazırlamalıyıq" - Hikmət Hacıyev

07.12.2025 / 11:50
Biləsuvarda kanala düşən “Lexus”da ölən 5 nəfərdən ikisi qardaşdır...

07.12.2025 / 11:33
"Tarixi Vaşinqton razılaşması Cənubi Qafqaz regionunu tamamilə dəyişəcək" - Prezidentin köməkçisi

07.12.2025 / 10:52
Nəsimidə avtomobildən külli miqdarda pul oğurlandı

07.12.2025 / 10:31
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

07.12.2025 / 09:44
İranın xarici işlər naziri Azərbaycana gəlir

07.12.2025 / 08:48
Ərəblər bu futbolçuya "elçi" düşüblər - ilinə 30 milyon avro maaş!

06.12.2025 / 22:50
Dublin səmasında Zelenskinin təyyarəsinə dörd hərbi dronla sui-qəsd cəhdi...

06.12.2025 / 22:28
Hikmət Hacıyev: "Amerikalı dostlarımız dürüst vasitəçi oldular"...

06.12.2025 / 21:54
Tramp NATO-nun müdafiə xərclərinin böyük hissəsini onların üzərinə qoymaq istəyir - ABŞ-dan Avropaya tələb…

06.12.2025 / 21:18
Hindistanın baş naziri Putinə rusca "Bhaqavat Qita" bağışladı...

06.12.2025 / 20:11
Köçəryandan ağ yalan - "Kivestdə “Arsaxın” Ermənistana birləşdirilməsinə imza atmaq üzrə idik"...

06.12.2025 / 19:49
“Euroclear” Rusiyanın dondurulmuş milyardlarına göz dikən Avrokomissiya planını rədd etdi - verməyəcəyik..

06.12.2025 / 19:32
Azərbaycan və Ermənistan sərhədçiləri avtomatlarının patronlarını çıxardılar...

06.12.2025 / 18:43
Söküləcək “Baksol” bazar sahibkarlarının təklifi rədd edildi, “Dərnəgül” bazarı isə…

06.12.2025 / 17:58
BMT-nin iştirakı ilə Qərbi azərbaycanlılar Ermənistana qaytarılır... Kurs başladı...

06.12.2025 / 17:25
Trampın Ukrayna sülh layihəsini 4 hissəyə parçaladılar...

06.12.2025 / 16:56
Yunan hökumətindən qeyri-insani addım - Suriya qaçqınlarını dənizdə xilas edənlərə cinayət işi açıldı...

06.12.2025 / 16:33
Rusiya cəmiyyətinin Putinə sualları böyük sirri açdı...

06.12.2025 / 16:12
Putinlə Modi Trampın "papağını başından alıb qaçdılar "...

06.12.2025 / 15:56
Hikmət Hacıyev və Qriqoryan Qətərdə panel müzakirəsində iştirak ediblər FOTO

06.12.2025 / 15:52
Tramp Prezident İlham Əliyevə təşəkkür etdi

06.12.2025 / 15:37
Trampa "o sülh mükafatı olmasın, bu sülh mükafatı olsun"...

06.12.2025 / 15:25
Prezident İlham Əliyev BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi - FOTO/YENİLƏNDİ

06.12.2025 / 15:11
“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!

06.12.2025 / 15:03
Bakıda yeni D-8 mərkəzləri açılacaq- nazir müavini

06.12.2025 / 14:49
"Cənubi Qafqazda yeni reallıqlar və status-kvo qururuq" - Hikmət Hacıyev

06.12.2025 / 14:35
Tərtərdə narkotik satışı ilə məşğul olan şəxs tutuldu

06.12.2025 / 14:12
Market və təmir sexindən oğurluq edən şəxslər saxlandı

06.12.2025 / 13:38
Oğurladığı mopedi 485 manata satan şəxs yaxalandı

06.12.2025 / 13:35
Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik üzrə müşaviri ilə görüşüb

06.12.2025 / 13:31
Türk İnvestisiya Fondunun əməliyyat fəaliyyətinə başlayacaq - qərar verildi...

06.12.2025 / 12:50
Hikmət Hacıyev Qətər Əmirinin müşaviri ilə görüşdü

06.12.2025 / 12:08
ARDNF aktivləri 2029-a qədər Azərbaycanın xarici borcunu üstələyəcək...

06.12.2025 / 11:44
Azərbaycan və Qətər əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəldi

06.12.2025 / 11:06
Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

06.12.2025 / 09:26
Onlayn iş üsulu Azərbaycanda rəsmiləşdirilir....

06.12.2025 / 08:42
Azərbaycanda "analıq məzuniyyəti" ilə yanaşı 14 günlük "atalıq məzuniyyəti" də olacaq...

05.12.2025 / 23:23
DÇ-2026-nın püşkü atıldı - YENİLƏNİB

05.12.2025 / 23:18
Erməni terrorçunun adını daşıyan hərbi lisey Aİ-nin Forumunda - Vətəndaş cəmiyyəti nümayəndələri İttifaq rəsmilərinə müraciət etdi...

05.12.2025 / 21:50
Qərbi azərbaycanlıların qayıdışı üçün səylər sürətləndirildi...

05.12.2025 / 21:35
Erməni katolikosu Qaregin həbs olunacaq - ABŞ-dan yeni katolikos gətirilir...

05.12.2025 / 21:21
İttiham olunan sürücü “Bakı-Xəbər”in çıxışından sonra məhkəmədə bəraət aldı

05.12.2025 / 21:10
Makronun planı - Çini böyük 7-lərə çəkib Rusiyadan qoparmaq...

05.12.2025 / 20:56
Azərbaycan, Türkiyə, ABŞ və Pakistan birgə hərbi təlimdə - Ermənistan niyə vahimələnib...

05.12.2025 / 20:42
Britaniya Azərbaycana silah embarqosunu götürdü - bizə veriləcək müdafiə silahları müzakirə olunur...

05.12.2025 / 20:27
Paşinyan Zəngəzur dəhlizi ilə bağlı İsrailə xüsusi missiya göndərdi...

05.12.2025 / 20:14
“Türkiyə sərhədi Ermənistanda iyun seçkilərinə qədər açacaq” - Xəbər şok yaradıb...

05.12.2025 / 20:05
Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib

05.12.2025 / 19:59
Putin Hindistandan əsas nəyi istədi və ala bil(mə)di...

05.12.2025 / 19:45
Bu ölkənin səfirliyi Ermənistanın Azərbaycanla sülh münasibətlərinə ciddi təsir edə bilər...

05.12.2025 / 19:32
Baydenin Azərbaycana qarşı düzüb-qoşduğu "rüşvət işi"ni Tramp silib atdı...

05.12.2025 / 19:18
Oğurlanmış Ukrayna uşaqlarının taleyi məsələsində Rusiya BMT-də “təkləndi”...

05.12.2025 / 19:04
Dünya sularında Rusiyanın gizli neft tankerlərinin əsl ovu başlayıb...

05.12.2025 / 18:50
Regional yol infrastrukturlarının inkişafında müstəsna əhəmiyyətli maliyyə mənbəyi...

05.12.2025 / 18:42
"Azərbaycan və Ermənistan arasında sülh sazişi yeni imkanlar açır" - Antoniu Koşta

Regional yol infrastrukturlarının inkişafında müstəsna əhəmiyyətli maliyyə mənbəyi...

XƏBƏR ARXİVİ