Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanın tarixi Zəfərinin, Ermənistanın isə məğlubiyyətə uğramasının MDB səviyyəsində təsdiqi - ŞƏRH

Image


Beynəlxalq münasibətlər sistemində vacib aktorlardan biri kimi çıxış edən Azərbaycanın xarici siyasət kursu milli maraqlarımızı təmin etməklə yanaşı, həm də ölkəmizin nüfuzunu artırmaqdadır. Beynəlxalq aləmlə fəal əməkdaşlıq edən ölkəmiz keçmiş ittifaq ölkələri ilə də MDB çərçivəsində sağlam əlaqələr qurur, siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişafa töhfələr verir. Bu baxımdan, Prezident İlham Əliyevin oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasına qatılması, səfər çərçivəsində keçirdiyi görüşlər mühüm məqamlarla yadda qaldı. Bütövlükdə, Prezident İlham Əliyevin Rusiya səfəri zəngin proqramı, Azərbaycan və Rusiya prezidentlərinin görüşlərində müzakirə olunan məsələlərin geniş spektri, iki dövlət arasında sağlam münasibətlərin inkişafı üçün yeni bir dönəmin başlandığını nümayiş etdirir. Bu səfər ikitərəfli və çoxtərəfli münasibətlərin daha da gücləndirilməsi, ortaq təmas nöqtələrinin daha da zənginləşdirilməsi, iqtisadi-siyasi, humanitar, mədəni platformada əlaqələrin dərinləşməsi baxımından da vacib bir səfərdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib. O bildirib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin etimad səviyyəsinin, əməkdaşlığın ardıcıl şəkildə, dövlətlərin maraqlarına uyğun bir formada qarşılıqlı faydalılıq müstəvisində inkişaf etdirilməsi baxımından da müstəsna əhəmiyyətə malikdir.

"İki ölkə arasında iqtisadi-ticari əlaqələr davamlı olaraq artmaqdadır. 2017-ci illə müqayisədə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yükdaşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox artıb.

Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və genişləndirilməsi məqsədilə bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb.

Bundan başqa, Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə ikitərəfli ticarət əlaqələrini genişləndirməkdədir. Ticarət evlərinin açılması, humanitar sahədə regionlarla əməkdaşlıq, şəhərlərin qardaşlaşması və s. kimi tədbirlər buna misaldır", - deyə deputat bildirib.

Onun sözlərinə görə, səfərin ən yaddaqalan hadisəsi MDB Dövlət Başçıları Şurasının iclasında MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi oldu. Dünənə qədər Laçının Azərbaycana aid olduğunu şübhə altına alan mövqelərin Laçını MDB-nin mədəniyyət paytaxtı elan etməsi mühüm siyasi və strateji əhəmiyyətli bir hadisədir. Bu, həm də Azərbaycanın suveren hüquqlarının bir daha tanınması və qəbul edilməsi deməkdir. Laçının MDB-nin mədəniyyət paytaxtı olması ilə bağlı verilən qərar Azərbaycanın tarixi Zəfərinin, Ermənistanın isə məğlubiyyətə uğramasının daha bir təsdiqi və MDB səviyyəsində etirafıdır.

"Laçın da digər Qarabağ torpaqları kimi 30 il düşmən tapdağında qalıb. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Bu mənada, Laçın şəhəri ilə bağlı verilən ədalətli qərar bütün ağrılı həqiqətlərin bir daha dünya ictimaiyyətinə çatdırılması deməkdir. Bu, beynəlxalq miqyasda daha bir siyasi uğurumuzdur. Bu, həm də o deməkdir ki, 2025-ci ildə MDB çərçivəsində, o cümlədən ayrı-ayrı üzv ölkələrdə Laçın şəhərinə həsr olunan müxtəlif mədəni tədbirlər keçiriləcək. Yəqin ki, Ermənistan bu tədbirlərin birbaşa iştirakçısı olmayacaq, lakin MDB-nin üzvü kimi rəsmən bu tarixi tədbirlərin təşkilatçılarından biri statusunu daşımalı olacaq. Bir sözlə, qəbul olan qərar tarixi qərardır və Azərbaycanın diplomatik qələbəsidir", - deyə C.Feyziyev vurğulayıb.

Hazırda Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığını deyən deputat bildirib: "BMT-nin İqlim Konfransı ilk dəfə olaraq postsovet məkanında - Azərbaycanda keçiriləcək. 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarı, təbii ki, dünya ictimaiyyətinin Azərbaycana inam və hörmətinin əlaməti kimi qiymətləndirilməlidir. Azərbaycan genişmiqyaslı beynəlxalq tədbirə ev sahibliyi edəcək. COP29 çərçivəsində silsilə tədbirlər və beynəlxalq miqyaslı görüşlər artıq başlanıb.

Növbəti il isə Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.

Azərbaycan Prezidentinin çıxışında digər həssas məsələ ortaq siyasi keçmişimiz və mənəvi dəyərlərimizlə bağlıdır. 2025-ci ildə II Dünya müharibəsinin başa çatmasının 80 illik yubileyi keçiriləcək. Azərbaycanın 2-ci dünya müharibəsində iştirakı və faşizm üzərində qələbənin əldə edilməsində tarixi rolu danılmazdır. Bu da MDB ölkələri arasında birləşdirici amildir. Nəticə etibarilə Azərbaycanın siyasi, iqtisadi, mədəni münasibətlərinin böyük hissəsi MDB-yə üzv ölkələrlə bağlıdır. Üstəlik MDB həm də TDT-yə üzv olduğumuz qardaş ölkələrin də məkanıdır. Ona görə də bu siyasi konstruksiya da milli maraqlarımızın və təhlükəsizliyimizin təmin olunması baxımından vacib bir platformadır.

Moskva səfəri zamanı etdiyi çıxışlarda Prezident İlham Əliyev son illərdə beynəlxalq münasibətlərdə müşahidə edilən son dərəcədə mənfi tendensiyalar barədə də fikirlərini bölüşdü. Bu neqativ tendensiya Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın "dəyənək kimi" istifadə etdiyi sanksiyalarla bağlıdır. "Rossiya-1" televiziya kanalına müsahibəsində dövlət başçısı qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə sanksiyaların mövcud olmağa haqqı olmadığını diqqətə çatdırdı.

ABŞ-ın Ermənistanı silahlandırması, özünü "sülh göyərçini" kimi göstərməklə yanaşı, Cənubi Qafqazda yeni müharibəyə şərait yaratması heç kimə sirr deyil. Erməni lobbisinin maliyyəsi hesabına Konqresdə oturan Frank Pallone, Adam Şiff və başqalarını əslində, heç ermənilərin taleyi də maraqlandırmır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ağ Ev administrasiyası Azərbaycanın iradəsinin əleyhinə olaraq Bakını özünün geosiyasi oyunlarında istifadə edə bilmir. Vaşinqton "insan hüquqları" və "demokratiya" adı altında Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çalışır, onu Rusiyanın əleyhinə yönəltməyə və bölgədə yeni münaqişə ocağı yaratmağa cəhd edir. Buna görə Ermənistanın silahlandırılması da təsadüfi xarakter daşımır. Ancaq Azərbaycan hər zaman olduğu kimi indi də hansısa gücün oyunlarında iştirak etmir".

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı, keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər ölkəmizin milli maraqlarının təminatı baxımdan çox faydalı oldu. Azərbaycanın bölgədə artan önəmi, regionda davamlı sabitliyin qorunmasına, təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələrin beynəlxalq aləmdə geniş miqyasda diqqət çəkməsi nəzərəçarpacaq dərəcədə müşahidə olunmaqdadır. Ən vacibi isə odur ki, dövlətimizin başçısının bu səfəri və əldə olunan nəticələr təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət kəsb edir.








VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ