Cümə günü, 09 oktyabr 2026
     

Ermənistan üçün "xaç atasına" çevrilənlər...

Image


Mətləb Salahov: "Onlar Azərbaycanın 200 illik separatizmə son qoymasını və ərazi bütövlüyünün bərpasını qəbul edə bilmirlər"

Uzun on illiklər ərzində erməni işğalına dəstək olanlar, Azərbaycana qarşı işğal siyasətini dayandırmaq və problemi həll etmək əvəzinə bu münaqişəni sonsuza qədər "dondurmaq" üçün çapalayanlar, 44 günlük zəfər müharibəsindən sonra bizə qarşı daha amansız şəkildə düşmənçilik siyasəti yürüdürlər. Azərbaycanın 30 illik erməni işğalına son qoyması bu irtca qüvvələrini necə yandırıb-yaxıbsa, qərbin "demokrat cənabları", var gücləri ilə Ermənistanı qanlı oyunlarına sürükləmək, revanşist qüvvələri hərəkətə gətirmək üçün açıq həyasızlığa başlayıblar.
 Buyurun, ABŞ-dan olan 60 ermənipərəst konqresmen Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət ediblər. Əlbəttdə, belə "müaricətin" hansı siyasi mətbəxlərdə hazırlanması və siyasi gündəmə gətirilməsi elə bir sirr pərdəsi deyil. Onsuz da hər kəs hər şeyi əla görür...
 Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə səsləndirdiyi fikirlər, əslində ədalətsizliyə və qərbin ikili standartlar siyasətinə qarşı Azərbaycanın haqq səsidir. Müstəqillik qazandıqdan bəri bu ikili standartlardan başımızın çəkmədiyi qalmadı. Və bu siyasi riyakarlıq günü bu gün də davam edir...
 Jurnalist-ekspert Mətləb Salahov "Baki-xeber.com"a açıqlamasında bildirib ki, son bir neçə il ərzində daima Azərbaycana qarşı əsl düşmən siyasəti yürüdən hazırkı Fransa prezidenti Emmanuel Makronun bu yaxınlarda Nyu-Yorkda BMT kürsüsündən Ermənistanın lehinə danışması, Azərbaycana qarşı isə böhtan və hədyanlar səsləndirməsi bir daha Qərbin həm də Türk dünyasına qarşı düşmənçilik münasibətini ortaya qoydu. E.Makronun Azərbaycanı "təzyiq göstərən" kimi qələmə verən sözləri yalnız Ermənistanın tarixi arzularını dəstəkləmədi, eyni zamanda, Qərbin Azərbaycana qarşı uzun illər davam edən mövqeyini bir daha nümayiş etdirdi. Diqqət edək: Azərbaycanın Qarabağda apardığı haqlı mübarizəsinin davam etdiyi bir dövrdə bu sözlər tarixin bir daha təkrarlandığını bizə göstərdi. E.Makronun BMT ali tribunasından bu cür sözlər sərf etməsi, həm də Fransanın Ermənistanı illərdir silahlandıraraq və siyasi sahədə dəstəkləyərək bölgədə gərginliyi artırmaq istədiyinə əyani sübutdur. E.Makronun "Ermənistanın sərhədlərinin qorunması" çağırışı, əslində, Fransanın ikili standartlara əsaslanan xarici siyasətini əks etdirir. Fransa imperialist keçmişindən qalan vərdişləri ilə bölgədə Azərbaycanın haqlı mübarizəsini gözardı edərək, ədalətsiz mövqe sərgiləməkdədir.

Amma təkcə Fransamı? –qətiyyən! Bura ABŞ, Avropa İttifaqı kimi Qərb siyasi qüvvələrini də mütləq əlavə etməliyik. Təkcə ABŞ-ın "yardım" adı ilə Ermənistana ayırdığı yüz milyon dollarları, Aİ-nın Ermənistanda hərbiləşmiş məntəqələr qurmasını, Ermənistanın "özünümüdafiə hüququ" barədə cəfəngiyyat dolu mövqeni əsas gətirib rəsmi İrəvanı əsl silah bazasına çevirmələrini xatırlatmaq kifayətdir ki, ikili oyunlar hazırlayan Qəbin həm də ikili standart üzünü görə biləsən. Qitənin digər yerlərindən hörmətsiz şəkildə qovulan Fransanın və onun prezidentinin xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Ermənistana silah tədarükünü intensivləşdirməsi qətiyyən gözdən yayına bilməz.

İndi daha aydın görünür ki, Ermənistan və onun havadarları Azərbaycanın 200 illik separatizmə, terrorizmə son qoymasını, ərazi bütövlüyünün bərpasını qəbul edə bilmirlər. Azərbaycanın Cənubi Qafqazda söz sahibi ölkəyə çevrilməsi Qərbdəki ermənipərəstləri, bölgədə qanlı planlar qurub öz maraqlarını yeritmək istəyənləri ciddi narahat edir.
 Daima ermənilərə qarşı simpatiyası ilə diqqət çəkən bu qüvvələrlə bağlı digər bir məqama diqqət çəkək. Artıq Qərbdəki mədəni irs qurumları da siyasi alət rolunda çıxış edirlər. Zaman-zaman Azərbaycan əlehyinə məntiqsiz açıqlamalarla gündəmə gələn beynəlxalq mədəni irs təşkilatları niyə görə Qarabağda Ermənistan tərəfindən törədilmiş cinayətlər, Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların oradan zorla köçürülməsi mövzularında 30 il ərzində bir kəlmə belə danışmadılar? Gözləri kor, qulağları kar idimi?-qəti! Sadəcə onlar ikili siyasətin təlimatlarına görə "düşünür" və hərəkət edirlər. İkili standartların köləsi olan Qərb siyasəti, başqa heç nə!"

Namiq Quliyev

 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ