Almaniya hökuməti işsizlik müavinətinin alınması qaydalarını sərtləşdirəcək. Bu barədə Almaniyanın "Der Spiegel" jurnalı Nazirlər Kabinetinin qərarına istinadən məlumat yayıb. Əgər sənəd təsdiq olunarsa, qaydalar gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Dəyişikliklərə əsasən, bu müavinətləri alanlar, o cümlədən ukraynalı qaçqınlar məşğulluq mərkəzində işləməkdən imtina etsələr və ya görüşləri qaçırsalar, daha sərt sanksiyalarla üzləşəcəklər.
Üzrlü səbəb olmadan işə qəbuldan imtina edildikdə, növbəti üç ay ərzində müavinət 30% azaldıla bilər. Həmçinin mənzil və kommunal xərclər üçün güzəştlər də azaldılacaq. Müavinətlərin azaldılması qeyri-rəsmi işçilərə də şamil ediləcək.
Mətləb Salahov