Türkiyənin tanınmış qələm sahibi Güneri Cıvaoğlu vəfat edib. Bu barədə NTV telekanalı məlumat yayıb. Bildirilib ki, o, bir müddətdir müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, G.Cıvaoğlu 1939-cu ildə Ankarada anadan olub. O, jurnalistika fəaliyyətinə 1960-cı illərdən başlayıb. "Sabah", "Milliyyət" kimi qəzetlərdə işləyib. Aparıcısı olduğu "Şəffaf otaq" proqramı ilə məşhurlaşıb.
Mətləb Salahov