Cümə günü, 09 oktyabr 2026
     

Zaqatalanın tolerant ailə mühiti

Image


Bölgə əhalisinin mehriban münasibəti bura uzaq rayonlardan gələn gəlinləri də darıxmağa qoymur

Tolerantlıq və multikultural dəyərlər Azərbaycanımızın çoxəsrlik mənəvi sərvətlərindəndir. Yüzillər boyu ən müxtəlif millətlərin və dinlərin təmsilçiələri bu məmləkətdə dinc, yanaşı, mehriban yaşayıb, bir-birinin həyat tərzinə, inancına hörmətlə yanaşıb, xeyir-şərində iştirak edib, yaxın qohum olub, qaynayıb-qarışıblar. Taleyin hökmü, yaxud şəxsi seçimi ilə ölkəmizə təşrif gətirib uzun müddət, ömürlük yaşamalı olanlar burada özlərini yad hiss etməyib, ögey münasibətlə üzləşməyiblər. Uzaq keçmişdən siyasi təzyiqlər, təbii fəlakətlər, hansısa digər səbəblərdən vətənlərini tərk etmək məcburiyyətində qalanlar daimi məskunlaşmaqdan ötrü belə bir məmləkətin varlığı barədə xəbərləşib, hətta tək-tək yox, el-oba şəklində köçüb gəliblər. Bu gün respublikamızın ayrı-ayrı regionlarında etnik rəngarəngliyin tam mənzərəsi canlanmaqdadır. 


Azərbaycanın şimal-qərb bölgəsində yerləşən, şimaldan qarlı dağlarla Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası ilə, cənubda Qanıx çayı vasitəsilə Gürcüstanla sərhədlənən Zaqatala da belə məkanlardandır. Rayonda 30-dan çox millətin nümayəndəsi eyni məntəqələrdə, qonşuluq şəraitində yaşayır, eyni müəssisələrdə çalışıb dolanışıqlarını təmin edir, bir-birinə dəstək olur, can deyib, can eşidirlər. Paşan kəndində avar, rus, talış və azərbaycanlıların qovuşuğundan ibarət sadə, zəhmətkeş, eyni zamanda maraqlı bir ailənin yaşaması barədə buradakı orta məktəbin direktoru Elnarə Məmmədova söyləmişdi. Mən Ananyevlər ailəsinin qapısını da məhz bu tolerant mühitlə tanış olmaqdan ötrü döymüşdüm. Lakin salam-kəlamdan sonra eşitdiyim başqa bir xəbərə də xeyli qürurlandım: ailənin gənc üzvlərindən biri – Nazim Roman oğlu Ananyev 2022-ci ilin aprelindən həqiqi hərbi xidmətdə olarkən Kəlbəcərin Cermux ərazisində yaralanıb. Buna baxmayaraq,  2023-cü il sentyabrın 19-da antiterror tədbirlərinə qatılaraq Azərbaycanın dövlət suverenliyinin bərpası uğrunda töhfəsini verib. 24 saat müddətində separatçı düşmən tör-töküntülərinə aman verməyən igid əsgər döyüş meydanında böyük rəşadət göstərərək Prezident İlham Əliyevin sərəncamına əsasən "Şücaətə görə" medalı ilə təltif olunub. Böyük fərəhlə həmin təltifi ən vacib sənədlərin saxlandığı siyirmədən çıxarıb göstərən atanın sevincinə biz də şərik olduq.

Ananyevlərlə yaxından tanışlıqdan ötrü ötən əsrin qırxıncı illərinə qısa da olsa, ekskurs etmək gərəkdir. XIX əsrdə rus çarizminin zülm və istibdadına, iyirminci yüzilliyin əvvəllərində isə bolşeviklərin idarəçiliyinə boyun əyməyən bölgə əhalisini, azadlıqsevər dağlıları 37-nin repressiyası da qorxutmamışdı. 1940-cı ildə sovet rejiminin ucqarlarla bağlı fəaliyyəti, xüsusən də milli siyasəti ilə barışmayan Qardaşovlar nəslinin ağsaqqalı Şamil kişi həyat yoldaşı Xacay xanım və qızı Fatimə ilə birgə Rusiyanın Tomsk vilayətinə sürgün olunmuşdular. Taleyin qisməti ilə orada Mixail adlı bir rus hərbçi müsəlmanlığı qəbul edərək Fatimə xanımla evlənir, bu izdivacdan Valdimir adlı oğulları doğulur. Sonra onlar Azərbaycana köçüblər və gənc Volodya Astarada rəsmxət müəllimi işləyərkən – 1976-cı ildə rayonun Giləkəran kənd sakini, talış millətindən olan Narxanım adlı qızla ailə qurur. İki qız, bir oğul övladları dünyaya gəlir. Qızlardan biri vəfat etsə də, Roman və Aida həyatdadırlar. Cənub bölgəsində xeyli vaxt çalışan cütlük iki övladı ilə birgə Vladimirin ana babası Şamil Qardaşovun yurduna – Zaqatalanın Makov sovetliyinin Paşan kəndinə qayıdıb yaşayışlarını burada davam etdirirlər: kişi müəllim işləyir, qadın isə tütünçülük, bağçılıq, digər kənd təsərrüfatı sahələri ilə məşğul olur. Bir neçə ildir ki, təqaüddə olan baba və nənə yenə də zəhmətdən, gücləri yetən, bacardıqları işləri görməkdən usanmayıblar, boş vaxtlarını artıq həddi-buluğa çatan nəvələri ilə keçirməkdən zövq alırlar. 

Artıq 45-ci yaşda olan Roman da uşaqlıqdan halal zəhmətə alışıb, dülgərlik peşəsinə yiyələnib. Həyətindəki balaca sexdə quru ağac, taxta materialdan müxtəlif məmulatlar – qapı, pəncərə, stol, stul, xüsusən də arı yeşikləri və ramkalar hazırlayır. Həm də maraqlı məşğuliyyət saydığı arıçılıqla məşğuldur. Ömür-gün yoldaşı Səidət xanım Balakən rayonunun Mollaçıbinə kəndindəndir. Onun da atası İbrahimxəlil kişi milliyyətcə avar, anası Sevil xanım azərbaycanlıdır. Ailənin kiçik fındıq bağı, mal-davarı da var.  

Biz Paşanda olarkən Vladimir Mixail oğlu ilə görüşə bilmədik, o, qonşu kənddəki qohumlarına baş çəkməyə getmişdi. Romanın evində açılan çay süfrəsi arxasında söhbətimiz xeyli maraqlı keçdi. 66 yaşlı talış qızı Narxanım nənəni avar xanımlardan heç fərqləndirmək mümkün deyil. O avar dilini də talış, rus, azərbaycan dili qədər bilir, ləhcəsiz, təmiz danışır: "Bu yerlərin ab-havasına, adət-ənənələrinə, mətbəxinə çoxdan bələdəm. İlk günlər cənub bölgəsindən, yerim-yurdumdan, doğmalarımdan ötrü çox darıxırdım. Tədricən hər şey qaydasına düşdü, iş-gücə, ailə qayğılarına, övladlarımı böyütməyə başım qarışdı. Ara-bir astaralı qohumlarım gəlirdilər, biz gedirdik... Məni bura ən çox bağlayan isə zaqatalalıların, Paşan camaatının məhrəm münasibəti, mehribanlığı, qonaqpərvərliyi oldu. Ləvəngini və sairi yaxşı hazırlayırdım, sonra sürhüllü, xorbeçədələ, ət girsi və digər xəmir xörəklərini bişirməyi də təkmilləşdirdim. Talış və avar kulinariyasının sintezi əla alınır (gülür). Oğlumdan, qızımdan, gəlinimdən, nəvələrimdən də çox razıyam".

Roman qazi oğlu Nazim haqqında danışarkən 30 il erməni işğalında qalan torpaqlarımızın – qədim və gözəl Qarabağın azad edilməsinə, əsl sahiblərinə qovuşmasına çox şad olduğunu söylədi: "Kiçik öğlum Mikayıl kənd orta məktəbinin XI sinif şagirdidir, yaxşı oxuyur, idmanla məşğuldur, təsərrüfat işlərində mənə, anasına yaxından köməklik göstərir. O da Vətən, xalq qarşısında hərbi borcunu yerinə yetirəcəyi günləri səbirsizliklə gözləyir. Lazım gəlsə, mən özüm də Azərbaycanın müdafiəsinə qalxmağa hazıram. Şükür Allaha, hamımız çalışırıq, gündəlik ruzimizi qazanırıq, dövlətimizdən də razıyıq, müstəqillik bizim ən böyük sərvətimizdir".

"Təki daha müharibələr baş verməsin, sülh, əmin-amanlıq, aydın səma olsun!" - deyə, Romanın həyat yoldaşı Səidət xanım söhbətə qoşulur: "Azərbaycan həm 20 Yanvarda, həm Birinci Qarabağ savaşında, həm də Vətən müharibəsində qurbanlar verdi, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Sağ olsun dövlət rəhbərliyimiz, Prezident İlham Əliyev, Mehriban xanım ölkəmizin tərəqqisi üçün böyük işlər görürlər. Qarabağda, Şərqi Zəngəzurda, ümumiyyətlə bütün respublikada quruculuq, abadlıq işləri gedir. Qoy gənclərimiz indidən belə əmək cəbhələrində xidmət göstərsinlər!"

Roman Vladimir oğlu sonda rayonun Danaçı kəndindən Paşana gəlin köçmüş Patimat Qurbanovanı da rəhmətlə anaraq fikrə daldı. Nənəsindən sonra ailəyə qayğı göstərdiyini, atasına süd analığı edib böyütdüyünü, onlara namaz qılmağı, oruc tutmağı öyrətdiyini vurğuladı.       

Bəli, ölkəmizin şimal-qərb bölgəsində, xüsusən də Şəki, Qax, Zaqatala, Balakən rayonlarında belə tolerant ailə mühiti çoxdandır heç kimi təəccübləndirmir. Ananyevlər də rus, talış, avar, azərbaycanlıları birləşdirən gözəl bir dünyadır. İnşəallah Nazim və Mikayılın o biri yarısı timsalında həmin isti ocağa gəlin köçəcək məsələn, saxur və inqilo qızları da bu etnik spektri daha rəngarəng edəcək, Azərbaycanımızın yeni nəsil müdafiəçiləri və qurucuları yetişəcəklər. Xoşbəxt olsunlar!

Qurban CƏBRAYIL

"Mədəniyyət" jurnalının redaktoru




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ