“Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini artilleriya atəşinə tutması qətiyyən yolverilməzdir”. Bunu britaniyalı politoloq və jurnalist Nil Vatson deyib.
"Bu addım Nikol Paşinyanın göstərişi ilə hərəkət edib-etməməsindən asılı olmayaraq erməni tərəfinin çarəsizliyinə dəlalət edir. Erməni tərəfi sülh prosesini qeyri-müəyyən müddətə uzatmağa və ya tamamilə dayandırmağa çalışır. Göründüyü kimi, Ermənistan təkbaşına hərəkət etmir. O, həmişə Cənubi Qafqazda təsiri sürətlə zəifləyən Rusiyadan dəstək alır”, - politoloq bildirib.
O, həmçinin beynəlxalq ictimaiyyəti İrəvana təzyiq göstərməyə çağırıb: “Böyük Britaniya və insan haqlarına inananların hamısı adından mən bu təcavüzkar addımları pisləyirəm. Beynəlxalq ictimaiyyəti və medianı həqiqəti axtarmağa, eləcə də Ermənistana təzyiq göstərməyə çağırıram".
Mətləb