Ermənistan tərəfindən ölkə daxilində gərgin siyasi-ictimai vəziyyətdən diqqəti yayındırmaq, habelə beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə törədilən bu kimi əməllər ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Məlumatda deyilir ki, Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə bu ölkənin üzərinə düşür.
Azərbaycan bundan sonra da bu kimi təxribatların qarşısının alınması istiqamətində bütün lazımi tədbirləri görməyə davam edəcək.
Mətləb