Quba Rayon İcra Hakimiyyətinin yeni başçısı İlqar Mahmudov kollektivə təqdim olunub. ədbirdə rayon ictimaiyyətinin nümayəndələri də iştirak edib. Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdimatda çıxış edərək, ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. İ.Mahmudov ona göstərilən etimada görə minnətdarlıq edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 31-də imzaladığı sərəncamla İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Mətləb