Araik Arutyunyan Fransanın nökərçiliyini həyata keçirən separatçı qiyafəsini getdikcə açığa çıxarmaqdadır. Regionu sülh və inkişaf əvəzinə öz maraqlarına xidmət edən qanlı müharibə meydanına çevirməyi hədəfləyən beynəlxalq qüvvələrin müti nökəri olduğunu bu gün bir daha etiraf edib bu separatçı terrorçu. Artıq neçə müddətdir ki, birbaşa Fransadan aldığı təlimatlarla min cür qələt törədən bu terrorbaşı, bu gün Paris meri Ann Hidalqo ilə birgə mətbuat konfransında “açıb sandığı, töküb pambığı”.
Görün nə deyir: “Mən bu gün “Artsaxda” baş verənlər barədə Fransa hakimiyyətinə hələ ötən ilin dekabrında, Fransaya səfərim və görüşlərim zamanı xəbərdarlıq etmişəm. Təəssüf ki, mənim proqnozlarım reallığa çevrildi.” Sən demə A.Arutyunyan hələ keçən ildən Emmanuel Makronun komandasını inandırmağa çalışıb ki, belə təxribatlarla güclənən Azərbaycana hansısa formada təzyiq etmək, “humanitar böhran” tamaşası qurmaqla nəyəsə nail olmaq mümkünsüzdür. A.Arutyunyan paris merinin yanında belə açıqlama verməklə həm də E.Makronun komandasının axmaqlıdan savayı heç nəyə yaramadığını da eyhamla diqqətə çatdırıb...
Mətləb Salahov