Hər keçən gün Xankəndidə yuva salmış separatçı erməni terror qruplaşmasını daha da qorxudur, əsasən də təşviş və xaos mühiti formalaşır. Xüsusilə son bir neçə gün ərzində yerli əhali ilə separatçılar arasındakı qarşıdurma pik həddə çatdığından separatçıbaşı Araik Arutunyanın son addımları Xankəndidəki erməniləri zor gücünə də olsa orda saxlamağa hesablanıb.
Fikir verin, son iki gündə “böyük toplantı” keçirən separatçı quldurlar, əhalinin gecə vaxtı onların ofisinə hücumundan sonra əsl quldur simalarını açıqa çıxarıblar. Separatçı quldurlar onların yaratdıqları acınacaqlı vəziyyətə dözməyib Xankəndini tərk etmək istəyən erməniləri zor yolu ilə orada saxlamağa çalışırlar.
Separatçıların keçmiş “ombudsman”ı, üz-gözündən mürdəşirlik yağan Artak Beqlaryan öz Facebook səhifəsində erməniləri hədələyərək onları qaçmamağa, “Azərbaycan və bəzi xarici qüvvələr tərəfindən informasiya sahəsinə atılan "Artsax xalqının kütləvi təxliyəsi" çağırışına uymamağa” çağırıb. Həttda tələb də edib! O Xankəndidən qaçan erməniləri xain və satqın olmaqda da ittiham edib.
Açıq görünür ki separatçılar üçün erməni əhali əsas qurbanlıq oyuncağa çevrilib və onlar canını götürüb qaçmaq istəyənlərə qarşı daha amansız cəza tədbirləri görməyə hazırlaşırlar. Çünki ordakı ermənilər bu cinayətkar rejim və onların Parisə qədər gedib uzanan havadarları üçün əsas “kartdır”. Erməni sakinlər ordan qaçdıqca həm separatçılar, həm də onların beynəlxalq dəstəkçiləri fiaskoya uğrayırlar. Artıq böyük TƏLAŞ başlayıb...
Mətləb Salahov