Çörəkdən danışan Arutunyanı Xankəndidə fitə basdılar, Petrosyanı isə qovdular
Xankndidəki separatçı rejimin “parlamentində” 5 saatdan çox davam edən görüşdən sonra Arayik Arutyunyan şəhərin baş meydanında toplaşanlara müzakirənin nəticələrini təqdim edib.
Bu barədə erməni jurnalist Tatevik Ağacanyan öz Facebook səhifəsində yazır. Erməni jurnalist yazır ki, baş meydanda olan insanlar 5 saatdan artıqdır ki, “iclasın” bitməsini gözləyirdilər. Arayik Arutyunyan uzun gecikmələrdən sonra insanların qarşısına çıxıb.
O, çörək problemini gündəmə gətirməyə cəhd etdikdən sonra orada olanlar onu fitə basıblar, bunun qarın doyurmaq uğrunda mübarizə olmadığını deyiblər, ona etiraz ediblər.
Bir anda digər separatçı Tiqran Petrosyan səsgücləndiriciyə yaxınlaşıb, lakin orada olanların fitindən və hücumundan sonra o, oradan uzaqlaşıb. Daha sonra A.Arutyunyan bildirib ki, bir neçə gün əvvəl istefa vermək istəyib, indi o da buna hazırdır, sıravi əsgər ola bilər. Amma digər suallarla bağlı konkret cavab verməyib.
Mətləb