Türkiyədəki rus mühacirlər barədə qardaş ölkədə narazılıqlar durmadan artır. Buna səbəb Türkiyəyə yerləşən rusların yerli sənətkarları sıxışdırması, şişirdilmiş qiymətlərlə iş görmələri, həm də türk sənətkarların “bazarını bağlamaq” üçün atdıqları addımlardır. Xüsusilə rus "bərbərlər", yəni qanunsuz mühacirlər yerli xidmət bazarını həyəcanlandırmaqla yanaşı, türk rəqiblərinin və səlahiyyətlilərinin qəzəbinə səbəb olublar. Buna səbəb yuxarıda dediyimiz kimi, saç kəsmə tariflərinin şişirdilməsidir. Türkiyənin “Ufuk” qəzetinin rəsmi portalı bununla bağlı maraqlı məlumat yayıb.
Məlumatda xüsusilə qeyd olunur ki, Türkiyəyə köçən və bu ölkədə pul qazanmağa çalışan rus bərbərlər, ordakı həmvətənləri arasından müştərilər cəlb edirlər. Ukraynalı miqrantlar da eyni sxemə riayət edirlər. Həm rus, həm də ukraynalı sənətkarlar eyni zamanda rəsmi tarifdən iki dəfə çox saç və saqqal qırxmaq üçün iş götürüblər. Bu isə yerli sənətkarların etirazları ilə qarşılaşır.
TUGİAD baş direktorunun müavini, Sağlamlıq və təhlükəsizlik mütəxəssisi Shebnem Akman Baltha," bəzi rus və Ukraynalı bərbərlərin təyin etdiyi qiymətlər rəsmi tariflərin səviyyəsindən çox yüksəkdir və bu, yerli sənətkarlar arasında narahatlıq doğurur" deyib.
Ancaq indi Türkiyə hakimiyyəti rəsmi tariflərə və məşğulluq qaydalarına riayət edilməsinin zəruriliyini əsas gətirərək vəziyyətə fəal şəkildə müdaxilə edir. Səlahiyyətlilər, həmçinin sosial mediaya nəzarət və əcnəbilərin əmək və məşğulluq qanunvericiliyinə riayət edilməsinə diqqət yetirirlər. Beləliklə rus və ukraynalı xırda sənətkarların qiymət şişirtməsi onunla nəticələnir ki, yerli sənətkarlar gəlmə rusların və ukraynalıların “arzuolunmazlar” elan olunması üçün səslərini ucaltmağa başlayıblar. Bu isə o deməkdir ki, bu məsələ gələcək aylarda daha geniş çevrədə müzakirələrə və etirazlara səbəb olacaq.
Mətləb Salahov