"Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda keçirilən konfransda Azərbaycanda keçidin formaları, bu sahədə birgə fəaliyyət, təcrübə mübadiləsinin aparılması və digər məsələlər gündəmə gətiriləcək.
APA-nın xəbərinə görə, bunu konfransdakı çıxışında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, qloballaşan dünyada medianın inkişafı sürətlə davam edir: "Azərbaycanda aparılan müşahidələr göstərir ki, bu gün ölkə əhalisinin yarıdan çoxu xəbər portallarını özlərinə əsas informasiya mənbəyi hesab edir. 2020-ci ildə bu faizin 85%-ə çatacağı gözlənilir”.
Ə.Amaşov qeyd edib ki, konfransda növbəti məqsəd Azərbaycan və Türkiyə jurnalistlərinin münasibətlərinin daha da möhkəmlənməsi, üçüncü vacib məsələ türkdilli ölkələrin jurnalist təşkilatları arasında əlaqələri möhkəmləndirməkdir.