Azərbaycanın bəzi müxalifət partiyalarının sədrləri dekabrın 13-də Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşəcək.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, görüş üçün müraciətə razılıq verilib: "Ancaq görüşün detalları barədə məlumatlı deyiləm”.
Görüşdə Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası və Azərbaycan Xalq Partiyası sədrlərinin iştirak edəcəyi gözlənilir.