Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Gürcüstanda keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Gürcüstan XİN-in "Twitter” səhifəsində məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, Gürcüstan 2015-ci ildə Türkiyə və Azərbaycanla üçtərəfli görüşə ev sahibliyi edəcək. Qərar nazirlərin bu gün Qarsda keçirilən görüşündə verilib.