"Əsir və girovlarla bağlı biz həmişə Beynəlxalq Qızıl Xaç Komitəsinə təşkilatına müraciət etmişik. Bu təşkilat onlarla əlaqə saxlayır, ünsiyyətdə olur və onların azad olunması üçün tövsiyələr verir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.
E.Süleymanova Kəlbəcərdə girov götürülən azərbaycanlıların - Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılacağına ümid etdiyini bildirib: "Biz tövsiyə etdik ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin mərkəzi orqanlarına dövlət tərəfindən də müraciət olunsun. Hər halda, ümidliyik ki, girovlarımız qayıdacaq”.