Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri bu gün Qarsda keçirilən üçtərəfli görüş çərçivəsində ölkələrin qarşılıqlı əməkdaşlığı haqqında saziş imzalayıblar. Trend-in məlumatına görə, bunu Türkiyənin Gürcüstandakı səfirliyi "Twitter" səhifəsində yazıb.
Üç ölkənin XİN rəhbərlərinin üçtərəfli görüşü bu gün Türkiyənin Qars şəhərində keçirilib. Görüş çərçivəsində, siyasi məsələlərlə yanaşı, iqtisadiyyat və energetika sahəsində məsələlər də müzakirə olunub.