Yunanıstanın ətraf mühit, energetika və iqlim dəyişikliyi nazirinin müavini İoannis Maniatis ötən gün Avropa Komissiyasının vitse-prezidenti, energetika üzrə avrokomissar Maroş Şefçoviç ilə görüşündə ondan Yunanıstanın DESFA qaz paylaşdırıcı sisteminin operatorunun Azərbaycana satılması barədə razılaşmanın təsdiqlənməsini sürətləndirməyi xahiş edib. Bu barədə APA RİA Novosti-yə istinadən xəbər verir.
"Görüş zamanı Maniatis və Şefçoviç razılaşmanın Avropa Komissiyasının məsul qurumları, xüsusən də, Rəqabət məsələləri üzrə Baş direktoratı tərəfindən təsdiqlənməsi prosesini müzakirə ediblər. Baş direktorat noyabrın 5-də DESFA-nın yeni sahibkara verilməsinin Avropa rəqabət qaydalarına uyğunluğunun araşdırılması üçün üç ay vaxt istəyib”, deyə nazirliyin məlumatında bildirilir.