Vəkil Xalid Bağırovun vəkillik fəaliyyəti dayandırılıb. Bu barədə APA-ya məlumat verən X. Bağırov bildirib ki, bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib: "İclasda mənim vəkillik fəaliyyətimə xitam verilməsi barədə məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edildi. Məhkəmə həmin məsələyə baxana kimi vəkillik fəaliyyətim də dayandırılıb. Artıq heç bir işdə vəkil kimi iştirak edə bilmərəm”.