Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini hər zaman dəstəkləyib. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, müstəqilliyini əldə edən Azərbaycana müxtəlif istiqamətdə dəstək nümayiş etdirən Birləşmiş Ştatlar gələcəkdə də suveren tərəfdaşlıq münasibətlərinin inkişafına dair öhdəliyə sadiq olacaq.