Dekabr ayının 16-17-də Ankarada Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcək. Bu barədə APA-ya Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
İclasda iki ölkə arasında hərbi sahədə əməkdaşlığın növbəti il üçün hədəfləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə ediləcək. İclasda hər iki tərəfdən Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarının, həmçinin müdafiə sənayesinə məsul qurumların nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən etibarən ildə bir dəfə olmaqla keçirilir.