Hərbi maşının minaya düşməsi nəticəsində 1980-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlu həlak olub. Trend-in məlumatına görə, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şahvələdov Eşqin Alı oğlu isə yaralanıb.