Ukraynanın Luqansk vilayətində silahlılar tərəfindən orda yaşayan azərbaycanlılara silahlı hücum olub, onlara məxsus ticarət obyektləri, restoranlar talan edilib. Luqansk vilayətinin Lisiçansk şəhəri Azərbaycan Cəmiyyətinin sədri Təbriz Rəsulov APA-ya açıqlamasında bildirib ki, ötən həftə yaraqlılar əvvəlcə ona məxsus ticarət obyektinə hücum edərək talan ediblər, işçiləri yaralayıb obyektin bütün əmlakını aparıblar.
Hadisə vaxtı özünün orada olmadığını bildirən T. Rəsulov bildirib ki, hücum zamanı ölən olmayıb, amma ona təqribən 200 min ABŞ dolları həcmində ziyan dəyib: "Bunun ardınca isə Luqanskın Leninski rayonunda azərbaycanlılara məxsus 4 restoran və kafeyə hücum olunaraq dağıdılıb. Orada çalışanlar arasında yaralananlar var”.