"Hazırda Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesi həyata keçirilir. İndiyədək dövlət sərhəd xəttinin böyük hissəsi komissiyalar tərəfindən razılaşdırılıb, təxminən 1/3 hissəsi razılaşdırılmamış qalır. 2015-ci ilin əvvəllərində bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək”. APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.