Bazar günü günü, 08 noyabr 2026
     

Qərbin Xədicə İsmayılova bəyanatlarına Azərbaycan PA-dan əks-arqumentli ifşa cavabı gəldi

Image


«Trend» Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımovun APA İnformasiya Agentliyinə müsahibəsini təqdim edir.
- ABŞ Dövlət Departamenti, Human Rights Watch, Amnesty International və digər təşkilatların Xədicə İsmayılova ilə bağlı bəyanatlarına münasibətiniz necədir?
- Adlarını sadaladığınız bu qeyri-hökumət təşkilatlarının və eləcə də ABŞ Dövlət Departamenti nümayəndəsinin söylədikləri əvvəla heç bir reallığı əks etdirmir, ikincisi də, hər hansı bir beynəlxalq qurum tərəfindən ABŞ Dövlət Departamentinə digər ölkələrdə baş verən proseslərlə bağlı mühakimə yürütmək üçün heç bir səlahiyyət verilməyib. Onu da deyək ki, sadaladığınız qeyri-hökumət təşkilatların ofislərinin böyük bir qismi ABŞ-da yerləşir və ümumiyyətlə, onlar faktiki olaraq Dövlət Departamentinin qurumları kimi fəaliyyət göstərirlər.
Qeyd etmək istərdim ki, ABŞ Dövlət Departamenti və bəzi üzdəniraq beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda gedən proseslərlə bağlı davamlı olaraq yayılan qərəzli, ikili standartlara əsaslanan, qeyri-obyektiv informasiyalar, o cümlədən Xədicə İsmayılova ilə bağlı son reaksiyalar müəyyən dairələr tərəfindən ölkəmizə qarşı aparılan anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Azərbaycanın tam müstəqil siyasət həyata keçirməsi, demokratik inkişaf istiqamətində böyük uğurlar əldə etməsi, fundamental azadlıqların təmin edilməsi istiqamətində ardıcıl siyasət aparması, onun beynəlxalq nüfuzunun artması və digər amillər ölkəmizi gözü götürməyən qüvvələri ciddi narahat edir. Fikir versək görərik ki, Azərbaycanda hətta kiçik bir insidentlə bağlı o dəqiqə münasibət bildirən ABŞ Dövlət Departamenti bir sıra ölkələrdə insan haqlarının açıq - aydın, kobud şəkildə pozulması hallarına isə faktiki olaraq heç bir reaksiya vermir.
Götürək elə təcavüzkar Ermənistanı. Bu ölkədə insan haqları və azadlıqlarının kobud şəkildə pozulması adi hala çevrilib. 2008-ci il prezident seçkiləri zamanı müxalifət nümayəndələri dinc etiraz nümayişinə çıxarkən polis tərəfindən 10 nəfər öldürülmüş, 200 nəfər insan isə müxtəlif dərəcəli xəsarət almışdı. Ermənistanda total şəkildə saxtalaşdırılan son seçkilər zamanı müxalifət namizədlərindən birinə qarşı terror aktı həyata keçirilmişdi. Bütün bunlara ABŞ Dövlət Departamenti tərəfindən, demək olar ki, heç bir reaksiya verilməmişdi. Bu, ikili standartın əyani göstəricisidir.
Azərbaycanla bağlı mütəmadi olaraq əsassız və qərəzli bəyanatlar verməkdənsə, ABŞ Dövlət Departamenti yaxşı olardı ki, diqqətini öz ölkəsində irqi ayrıseçkilik, dinc nümayişçilərə, hətta yeniyetmə və azyaşlı uşaqlara qarşı polis zorakılığının törədilməsi, məhkəmə qərarları olmadan insanların həbs edilməsi və demək olar ki, hər gün baş verən bu kimi hadisələrə yönəltsin. Elə götürək, bütün dünya Ferqyuson hadisələri ilə bağlı ABŞ-ın müxtəlif ştatlarında dinc nümayişə çıxmış insanlara qarşı törədilən zorakılığı izlədiyi zaman heç bir müqavimət göstərməyən insanın hamının gözü qarşısında polis tərəfindən boğulub öldürülməsi ilə bağlı dəhşətli video faktı.
Qeyd etdiyim kimi, ABŞ-da kütləvi informasiya vasitələrində söz və fikir azadlığı, jurnalistlərin fəaliyyəti ilə də bağlı ciddi problemlər mövcuddur. Bir neçə fakt göstərmək istərdim. ABŞ hüquq-mühafizə orqanları tərəfindən informasiya mənbələrinin açıqlanması ilə bağlı sorğuların sayı durmadan artır. Hətta informasiya mənbəyini açıqlamayan jurnalistlər böyük məbləğdə cərimə olunur və yaxud da cinayət məsuliyyətinə cəlb edilirlər. Misal üçün, bloqqer Coş Volf San Fransiskodakı nümayişlərlə bağlı videomaterialları hüquq-mühafizə orqanlarına təqdim etmədiyinə görə 2007-ci ildə 226 gün həbs cəzasına məhkum olunmuşdu. 2013-cü ildə «Associated Press» Agentliyinin minlərlə telefon danışıqlarının ABŞ Ədliyyə Departamenti tərəfindən yazılması böyük qalmaqala səbəb olmuşdu. 2014-cü il sentyabr ayında Jurnalistlərin Müdafiə Komitəsi ABŞ prezidentinə məktub ünvanlayaraq bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən sərbəst informasiya yayımına göstərilən təzyiqlə bağlı dərin narahatlıq ifadə etmişdi. Ferqyuson hadisələri zamanı 20-yə yaxın jurnalist polis zorakılığını qeydə aldığına görə həbs olunmuşdu. ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən jurnalistlərin və kütləvi informasiya vasitələrinin elektron yazışmalarının total nəzarətdə saxlanması da jurnalistlərin fəaliyyətinə ciddi maneçilik törədir. Bu cür məqamları çox sadalamaq olar.
Sonda bir daha bildirmək istərdim ki, indiyə kimi Azərbaycanda fikir azadlığına görə heç bir vətəndaş, o cümlədən hər hansı kütləvi informasiya vasitələri nümayəndəsi təqib olunmayıb və heç bir rəsmi qurum tərəfindən təzyiqə məruz qalmayıb. Azərbaycanda fundamental insan haqları və azadlıqları, eləcə də fikir və söz azadlığı sahəsində qısa bir zaman ərzində çox böyük uğurlara nail olunub və bizim təcrübəmiz bir çox ölkələr üçün də nümunə ola bilər.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:55
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ