12/12/2019 19:00
728 x 90

Ermənistan ordusunda qeyri-döyüş şəraitində daha bir əsgər ölümü...

img

Ermənistanda daha bir əsgər ölümü qeydə alınıb.

Baki-xeber.com-un erməni mətbuatından əldə etdiyi xəbərə görə, hadisə Ermənistanın Noyemberyan rayonundakı hərbi hissələrdən birində baş verib. Düşmən ölkənin Müdafiə nazirliyi noyabrın 26-da səhər saat 9 radələrində hərbi hissənin həyətində ağacdan asılı vəziyyətdə tapılmış hərbçinin kimliyi ilə bağlı açıqlama yayıb. Onun 2000-ci il təvəllüdlü müddətli hərbi xidmət keçən sıravi Vaan Muşeqyan olduğu bildirilir. Muşeqyan Ermənistanın Sünik rayonundan çağırışçı olub.

Erməni müdafiə naziri Arsrun Ovannisyan “Sputnik-Armeniya”ya faktı təsdiqləyib.

Hüquq-mühafizə orqanları faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi üzrə cinayət işi açıb, istintaq aparılır.

Baki-xeber.com

Son xəbərlər