12/12/2019 17:04
728 x 90

“Sülh Çeşməsi” hədəfinə çatır – terrorçular bir-bir təslim olmağa başlayıb…

img

“Sülh Çeşməsi” əməliyyatından sonra YPG/PKK terror təşkilatını tərk edənlərin sayı günü-gündən artır.

Baki-xeber.com-un xəbərinə görə, noyabrın 25-də Suriyanın Ayn əl-Ərəb bölgəsindən Şanlıurfaya gələn iki PKK/YPG terrorçusu silah və ratsiyaları ilə Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı yazılı bəyanatda bildirilib ki, ölkə daxilində və xaricində terrora qarşı həyata keçirilən hərbi əməliyyatlar nəticəsində separatçı PKK/PYD terror təşkilatında parçalanma sürətlənir, təşkilatdan qaçanların və təslim olanların sayı artır: “2019-cu ilin noyabr ayının 25-də Suriyanın Ayn əl-Ərəb bölgəsindən iki terrorçu Daxili İşlər Nazirliyi organlarından Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin səyləri nəticəsində M-16 silahları və ratsiyaları ilə Suriyadan qaçaraq Şanlıurfadakı sərhəd məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olub.”

Xatırladaq ki, YPG/PKK öz sıralarında Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşməkdən imtina edən onlarla insanı qətlə yetirib.

 

Son xəbərlər