Ermənistanda həyat səviyyəsinin enməsi ölülərə də təsir etməyə başladı – İrəvanda krematoriyalar tikiləcək

Ermənistan hökuməti 2020-ci ildə İrəvanda iki krematoriya tikilməsinə qərar verib.
Baki-xeber.com erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Əhaliyə Xüsusi Xidmət qurumunun rəhbəri Arman İsgəndəryan məlumat verib. O deyib ki, ölülərin yandırılması dəfn olunmadan daha ucuz başa gəldiyindən krematoriyalara ehtiyac getdikə artır və o üzdən İrəvanda üzümüzə gələn ildə eyni vaxtda iki krematoriyanın tikilməsinə qərar verilib.
İsgəndəryan deyib ki, sözügedən layihəyə sərmayə qoymağa hazır iş adamları da var, üstəlik, qanunvericilik də belə müəssisələrin tikilməsinə qarşı deyil.”İnsanların seçim imkanı olmalıdır. İndiyə kimi bir çoxlarının ölüsünü Moskvaya apararaq onun külü ilə qayıtdığını görmüşük, çünki İrəvanda buna şərait yox idi. Üstəlik, buna tələbat da artıb, çünki bu, ənənəvi dəfn mərasimlərindən daha ucuz başa gəlir”- o deyib.