12/12/2019 17:15
728 x 90

Elbrusda 50-ci dağ xizəyi mövsümü təxirə düşdü – qar olmaması üzündən...

img

Elbrusda ənənəvi dağ xizəkçiliyi mövsümünün açılışı qarın olmaması üzündən təxirə salınıb. Baki-xeber.com-un xəbərinə görə, bu barədə RİA “Novosti” yazır.

Xəbərdə deyilir ki, hər il noyabrın 30-da açılan bu kurort mövsümü bilinməyən müddətə təxirə düşüb. Anomal şəkildə isti keçən payızın ardından qışın geccikdiyini deyən yetkililər hazırda dağlarda gərəkən ölçüdə qarın olmaması üzündən dağ xizəkçiliyinin başlamasını mümkünsüz sayıb və mövsümün açılış müddəti uzadılıb.

Maraqlıdır ki, “Elbrus” Səhmdar Cəmiyyəti bu il 50-ci kurort mövsümünü açmağa hazırlaşırdı və qarın olmaması yubiley planlarının təxirə düşməsinə gətirib.

Son xəbərlər