09/12/2019 23:21
728 x 90

Rusiya Ukraynanın hərbi gəmilərini geri qaytardı, ancaq gəmilərin vəziyyəti yeni mübahisəyə səbəb oldu

img

Ukrayna Rusiyanın ələ keçirdiyi və bu həftənin əvvəlində geri qaytardığı üç hərbi gəmisinin pis vəziyyətdə olduğunu və əsas komponentlərin çıxarıldığını deyib.

Ukraynanın "4-cü kanal" televiziyası geri qaytarılan gəmiləri yoxlayan Ukrayna Hərbi Dəniz Donanmasının rəisi, vitse-admiral İhor Voronçenkoya istinadən bildirib ki, yararsız vəziyyətə olduqlarına görə, gəmilərin təhlükəsiz limana qaytarılması çətin olub.

`Onlar hərəkət etmir. Ruslar onları məhv edib. Lampaları, elektrik ötürücüləri, hətta tualetləri belə çıxarıb. Biz rus vəhşiliyini bütün dünyaya göstərəcəyik` - deyə, vitse-admiral İhor Voronçenko bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski gəmiləri Oçakiv limanında gördükdən sonra onların təmirinin üç ay çəkəcəyini deyib və Rusiyadan gəmilərin itmiş hissələrinin geri qaytarılmasını tələb edib.

Rusiyanın Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəsmiləri bunu təxribat adlandırıb.

Rusiyanın "RİA-Novosti" telekanalı Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəsmilərinə istinadən gəmilərin geri `normal vəziyyətdə və santexnika qurğularının qaydasında` qaytarıldığını bildirib. FSB vəziyyətini göstərən video da təqdim edərək, deyib ki, Ukrayna rəsmiləri gəmiləri neytral sularda heç bir şikayət etmədən, mübadilə imzalayaraq təhvil alıb.

Rusiyanın Sahil Mühafizə gəmiləri içərisində 24 dənizçidən ibarət ekipajla Ukraynaya məxsus hərbi gəmiləri 2018-ci ilin noyabr ayının 18-də Ukraynanın Qara dəniz liman şəhəri Maruopoldan Azov dənizi arasındakı Kerç boğazında atəşə tutaraq ələ keçirmişdi.

Son xəbərlər