Rusiya prezidenti Vladimir Putin Liviyadakı mövcud vəziyyətə görə, NATO-nu günahlandırıb.
Baki-xeber. com xəbər verir ki, Putin İtaliya Baş naziri Cuzeppe Konte ilə görüşündə NATO-nun Liviyadakı dövlət sistemini məhv etdiyini deyib.
"Bu gün Liviyada yaşananlar haqqında danışmazdan əvvəl, bunun necə və nə üçün başladığını bilmək lazımdır. Liviya dövlətini məhv edən NATO qərarı idi. Nəticəni görürük. Xaos. Ölkədə silahlı qrupların qarşıdurması gedir.
Biz ən qısa müddətdə atəşkəs elan edilməsini istəyirik və tərəflər arasında dialoq başladılmasını istəyirik" - Rusiya prezidenti deyib.