Ukraynanın ölkə üzərindən Avropaya göndərilən Rusiya təbii qazının nəqlinin bu ilin sonunda tamamilə dayandırmağa hazırlaşır. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın dövlət qaz şirkəti "Naftoqaz"ın icraçı direktoru Yuriy Vitrenko "Facebook" səhifəsində yazıb.
O, ölkəsi üzərindən Avropaya göndərilən Rusiya təbii qazının nəqlinin bu ilin sonundan etibarən tamamilə dayandırılmasına hazırlaşdıqlarını bildirib.
Vitrenko açıqlamasında, Rusiyanın Ukrayna ilə qaz danışıqlarına ticari deyil, siyasi aspektdən yanaşdığını qeyd edib: "Rusiyanın siyasi iradəsinin müstəqil bir şəkildə Avropaya üstünlük verməsi səbəbindən Ukraynanı tranzit gəlirlərindən məhrum edərək cəzalandırmaq istədiyini dərk etməliyik".
Vitrenko Ukraynanın müstəqilliyini itirmədən tranzit mövqeyini qorumaq üçün əlindən gələni edəcəyini vurğulayıb: "Amma təəssüf ki, Ukrayna üzərindən göndərilən Rusiya təbii qazının ötürülməsinin sadəcə 2020-ci ilin ilk rübündə deyil, cari ilin sonundan etibarən tamamilə dayandırılmasına hazırlaşırıq".
"Naftoqaz"ın Təbii Qaz Departamentinin direktoru Andrey Favorov da Kanadanın Toronto şəhərində keçirilən bir tədbirdə verdiyi açıqlamada Rusiya qazının Ukrayna üzərindən göndərilməsində 3 ay davam edə biləcək fasilə gözlədiklərini bildirib.
Rusiya və Ukrayna arasındakı təbii qaz təminatına və Rusiya qazının Ukrayna üzərindən Avropaya göndərilməsinə dair müqavilənin müddəti 2019-cu ilin sonunda başa çatacaq.