ABŞ Prezidenti Donald Tramp İranın az zənginləşdirilmiş uran limitini keçməklə bağlı son qərarına sərt reaksiya verib. baki-xeber.com xəbər verir ki, Tramp Twitter hesabından Tehranı hədələyib.
"İran indicə yeni xəbərdarlıq yaydı. (İran Prezidenti Həsən) Ruhani deyir ki, yeni nüvə razılaşması olmasa, onlar zənginləşdirilmiş uranı "istədikləri səviyyədə" artıracaqlar. Təhdidlərində ehtiyatlı ol, İran; o təhdidlər geri qayıdıb sənə daha öncə heç kəsin görmədiyi bir zərbəni vura bilər", - Tramp tvitində yazıb.
Qeyd edək ki, İran bir neçə gün əvvəl az zənginləşdirilmiş uran ehtiyatlarının nüvə razılaşmasında müəyyən edilmiş 300 kiloqramlıq limiti keçdiyini bildirib. Beynəlxalq Atom Enerjisi Agentliyi də İranın ehtiyatlarının bu rəqəmi keçdiyini təsdiqləyib.
ABŞ prezidenti Tramp İranın bu addımına cavab olaraq "atəşlə oynayırlar" ifadəsilə ifadəsini işləymişdi. Ağ Ev və ABŞ Dövlət Departamenti də İranın qərarını ayrı-ayrı açıqlamalarla qınamışdı.