İran iyulun 7-dən etibarən zənginləşdirilmiş uran səviyyəsini 3.67 faiz səviyyəsinə çatdıracaq. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.
Ruhani bildirib ki, razılaşmanın digər tərəfləri vədlərinə sadiq qalsa, İran da öz öhdəliklərini yerinə yetirəcək.
Avropa və ABŞ-a tövsiyəmiz müzakirə masasına dönmələri və hüquqa hörmət etmələridir” deyən İran prezidenti, qarşı tərəf öz üzərinə düşəni edəcəyi halda, uran səviyyəsini endirəcəklərini və bunu bir saat ərzində edə biləcəklərini deyib.
Bundan əvvəl isə, Avropa Birliyi xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Böyük Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri İranın uran zənginləşdirmə limitini keçməsilə bağlı birgə açıqlama yayıb.
İranın bu addımından təəssüfləndiklərini bildirən tərəflər, Tehranı geri addım atmağa və nüvə razılaşmasını poza biləcək digər tədbirlərdən çəkinməyə çağırıblar.
Qeyd edək ki, İran may ayında ABŞ-ın sanksiyalarına qarşı zənginləşdirilmiş uranın həcmini artıracağını açıqlamışdı.