Rusiya sualtı qayığında baş verən və 14 dənizçinin həyatını itirməsinə səbəb olan yanğına bağlı bəzi məlumatların dövlət siridir və açıqlanmayacaq.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitriy Peskov deyib.
Peskov, Rusiya dövlət başçısı Vladimir Putinin yanğınla bağlı bütün məlumatlara sahib olduğunu söyləyib. Yanğına bağlı bəzi məlumatların ictimaiyyətlə paylaşılmamasının "son dərəcə normal" olduğunu ifadə edən Peskov, "Yanğına bağlı bəzi məlumatlar dövlət sirridir və açıqlanmayacaq. Dövlətin və milli təhlükəsizliyin mənfəəti baxımından bəzi məlumatların saxlanması qanunsuz şeylərin olduğu anlamına verməz" deyib.
Yanan sualtı gəmidə nüvə reaktorunun olduğuna dair iddialara gəlincə Peskov, "Bu Rusiya Müdafiə Nazirliyinin mövzusudur" deyib.
Qeyd edək ki, Rusiya Dəniz Qüvvələri üçün okeanı araşdıran sualtı tədqiqat gəmisində iyulun 1-də yanğın baş verib. Yanğında 14 dənizçi həyatını itirb.
Rus mətbuatı yanğının "Loşarik" adıyla bilinən və nüvə enerjisi ilə işləyən kəşfiyyat sualtı gəmisində baş verdiyi yazıb.