Avropa Parlamenti sədrinin seçilməsi üçün keçirilən ikinci tur başa çatıb. “Trend”in məlumatına görə, sədr postuna italiyalı David-Mariya Sassoli seçilib. Onun lehinə Avropa Parlamentinin 345 deputatı səs verib.
Qeyd edək ki, birinci turda Avropa Parlamentinin sədri seçkilərində dörd namizəddən heç biri mütləq səs çoxluğu yığa bilməyib.