Amerika İrana hücum edərsə, İsrailin tamamilə məhvi yarım saat çəkə bilər.
Baki-veber.com-un xəbərinə görə, belə bir təhdidlə bazar ertəsi İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Moytaba Zolnur çıxış edib.
Xatırladaq ki, ötən ay bir həftəlik gərginlik Tehranın Amerika PUA-sını vurması ilə ABŞ prezidenti Donald Trampın İranı vurmaq planını təxirə salması ilə nəticələnmişdi. Vaşinqton, eyni zamanda, İranı Fars körfəzində gəmilərə hücumda ittiham etmişdi, lakin Tehran bu ittihamı qəbul etməmişdi.