Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun həyat yoldaşı Haya bint əl-Hüseynin ölkədən qaçdığı iddia edilir.
Baki-xeber.com xəbər verir ki, xarici media, Hayanın bir alman diplomatın köməyi ilə ölkədən qaçdığını və Almaniyadan siyasi sığınacaq istədiyini yazır.
31 milyon funt sterlinq (39 milyon dollar) götürərək ölkədən qaçan Hayanın, hazırda Londonda gizləndiyi iddia edilir. O ölkədən qaçakən 7 yaşlı oğlu və 11 yaşlı qızını da özü ilə aparıb. Onun Dubay hakimindən boşanmaq istədiyi də deyilir.
Oksford Universitetinin məzunu olan və 2004-cü ildə Dubay şeyxi ilə evlənən Haya, eyni zamanda İordaniyanın keçmiş kralı Hüseynin qızı və hazırkı İordaniya kralı II Abdullahın ögey bacısıdır.
Britaniya mətbuatı yazır ki, bu hadisə BƏƏ ilə Almaniya arasında diplomatik böhrana səbəb olub. Əl Maktum Almaniya hökumətinə müraciət edərək həyat yoldaşının və uşaqlarının geri qaytarılmasını tələb edib. Lakin onun bu tələbi rədd edilib.
İddialara görə, Dubay şeyxi Məhəmməd Əl Məktumun bundan əvvəl də, qızı Latifa Fransa kəşfiyyatının keçmiş amerikalı əməkdaşı ilə birlikdə ölkədən qaçmağa çalışıb. Ancaq o, kəşfiyyat əməkdaşı və adı açıqlanmayan bir ingilislə Hindistanın sərhəd sularında gizləndiyi yaxtada saxlanaraq ölkəyə gətirilib.
Şeyxin 33 yaşlı qızı qaçmazdan əvvəl bir video yayaraq, ailəsi tərəfindən işgəncəyə məruz qaldığını və atasının daavranışlarında canını qurtarmaq istədiyini dilə gətirmişdi.