Türkiyə Xarici İşlər Nazirliyi Liviyada Xəlifə Hafterə bağlı hərbi qüvvələr tərəfindən 6 Türkiyə vətəndaşının saxlanması ilə bağlı sərt bəyanat yayıb.
Baki-xeber.com xəbər verir ki, bəyanatda Hafterə tabe qüvvələr tərəfindən saxlanan Türkiyə vətəndaşlarının dərhal azadlığa buraxılmaları tələb olunur.
"Liviyada Hafterə tabe olan qanunsuz hərbi qüvvələr tərəfindən altı vətəndaşımızın saxlanılması quldurluq və piratlıq səviyyəsində bir hərəkətdir. Vətəndaşlarımızın dərhal azad edilməsini gözləyirik. Əks təqdirdə, Hafterə bağlı qüvvələr hədəf olacaqlar".