ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın Osaka şəhərində G-20 sammiti çərçivəsində bir araya gəlib.
Baki-xeber.com xəbər verir ki, görüşdən əvvəl açıqlama verən Putin müzakirə edəcəkləri mövzuların olduğunu deyib.
Jurnalistlərin “Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi məsələsini gündəmə gətirəcəkmisiniz” sualına cavab verən Tramp “əlbəttə” deyib və sonra gülərək Putinə “seçkilərimizə müdaxilə etmə” deyib.
Qeyd edək ki, Ağ Evdən bildirilib ki, prezidentlər İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə ediblər.