Rusiya prezidenti Vladimir Putin “yenilməz” adlandırılan silahların gələn il Rusiya ordusunun istifadəsinə veriləcəyini açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, Kremldə hərbi məktəb məzunları ilə görüşdə Rusiyanın müdafiə potensialı və silahlı qüvvələrinin gücləndirilməsi üzrə işlərin əhəmiyyətindən danışan Putin, ordunun və donanmanın yenidən təchiz edilməsi üçün müasir silahlara ehtiyac olduğunu deyib.
Putin “yenilməz” adlandırılan silahların gələn il orduya veriləcəyini ddeyib: "Kinjal” səsdən sürətli raket sistemi, "Peresvet” lazer sistemi, "Sarmat” qitələrarası ballistik raket, "Poseydon” pilotsuz sualtı gəmi, "Burevestnik” nüvə enerjisi ilə işləyən sərhədsiz mənzilli kəşfiyyat raketi və digər müasir texnologiyalar qarşıdakı illərdə ordunun istifadəsinə veriləcək”.
"Kinjal” səsdən sürətli raket sistemi
"Peresvet” lazer sistemi
"Sarmat” qitələrarası ballistik raket
"Poseydon” pilotsuz sualtı gəmi
"Burevestnik” nüvə enerjisi ilə işləyən sərhədsiz mənzilli kəşfiyyat raketi