Trampdan İrana müharibə mesajı - “...uzun müddət davam etməyəcək”

ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların Tehranın Orta Şərqi ələ keçirməsinin qarşısını aldığını deyib.
Baki-xeber.com xəbər verir ki, Tramp bu barədə "Fox Business" kanalına açıqlama verib.
ABŞ prezidenti, ABŞ-İran müharibəsi başlayacağı halda İrana Amerika əsgərlərini göndərməyi düşünmədiklərini deyib. “Əgər belə bir şey baş versə, müharibənin uzun müddət davam etməyəcəyini deyirəm. Çünki biz çox güclü br mövqedəyik” – Tramp deyib.
İrana qarşı bütün hallarda üstün olduqlarını ifadə edən Tramp, ABŞ-İran gərginliyi qarşısında hər hansı bir müharibəyə girmək istəmədiklərini bildirib.
Tramp, 100 milyon dollardan çox qiyməti olan ABŞ-a aid pilotsuz təyyarənin vurulmasından sonra, İrana hücum qərarı verməməsini isə xeyirxah davranış kimi dəyərləndirib.