Rusiyada məşhur S-300 sistemlərinin gizli hissələrini oğurlamağa cəhd edən polşalı iş başında tutuldu

Rusiya S-300 raketdən müdafiə sistemlərinin gizli hissələrini oğurlamağa cəhd edərkən saxlanan Polşa vətəndaşı Marian Radzajevski casusluqda isttiham edilrərək həbs edilib.
Baki-xeber.com xəbər verir ki, Moskvada məhkəmə qaşısına çıxarılan “S-300” oğrusu 14 il həbs cəzasına məhkum edilib.
Məxfi keçirilən məhkəmədə Radzajevskinin S-300-lərin hissələrini Polşada bir şirkət üçün oğurlamağa cəhd etdiyi bildirilib.
Rusiya Federal Təhlükəsizliyi Xidmətinin məlumatlarına görə, tanınmış hərbi təchizat şirkəti gizli hissələrin oğurlanması və və Polşaya ixrac etməsi ilə bağlı Radzajevski ilə razılıq əldə edib.
Ancaq Polşa vətəndaşı S-300 sistemlərinin gizli hissələrini oğurlayan zaman iş başında yaxalanıb.
Casusluqda ittiham edilən Marian Radzajevski 14 il həbs cəzasına məhkum edilib.